top
Maxtı Makkayev: Atletlərə mükafat sistemində dəyişikliklər edilməlidir Idman.biz
15 noyabr 2025, 13:15
- ↺ +

Maxtı Makkayev: Atletlərə mükafat sistemində dəyişikliklər edilməlidir

VI İslam Həmrəyliyi Oyunları davam etsə də, bəzi idman növlərində yarışlar artıq yekunlaşıb və nəticələrə qiymət vermək mümkündür. Bu növlərdən biri də atletikadır.

İdman.Biz oxuculara kişi atletika yığmamızın baş məşqçisi Maxtı Makkayevlə olduqca səmimi müsahibəni təqdim edir.

– Bu İslamiadada sizin rəhbərliyiniz altında çıxış edən beş atlet beş gümüş və üç bürünc medal qazandı. Bu nəticə gözlədiyiniz kimi oldu?

– Bəli, medalları məhz onlardan gözləyirdik. Hətta Ravin Alməmmədovdan qızıl da gözləyirdik. Lakin o, yekunda ikinci oldu və iki medal - gümüş və bürünc qazandı.

– Bəs Dadaş Dadaşbəyli barədə nə deyə bilərsiniz?

– Dadaş əsl idman xarakteri göstərdi! O, zədələrdən sonra çıxış edirdi, ayaqlarında və belində ağrılar var idi. Tam hazır deyildi və belə desək, "mənəvi-iradi güc"lə yarışdı. Onun qazandığı iki gümüş medal mənə görə "qızıl" dəyərindədir. İsa Rüstəmov da yaxşı çıxış etdi - iki "bürünc" və bir "gümüş" qazandı.

– Komandanın nəticəsini 10 ballıq şkala ilə neçə qiymətləndirərdiniz?

– Hətta "qızıl" olmasaydı belə, nəticə pis deyil. Müasir, dopinqlə mübarizə dövründə Azərbaycan atletikasının belə nəticəsi olmayıb.

– Bəs sizi narazı salan nə oldu?

– Daha çox sistem. Atletlərə verilən mükafatların bölgüsü düzgün deyil. Yalnız İslam Oyunlarında birdənqaldırma və təkanla qaldırma üzrə medallara görə mükafat verilir. İstərdim ki, dünya və Avropa çempionatlarında da bu sistem tətbiq olunsun - necə ki, qonşu Gürcüstan və Türkiyədə edilir. Üzgüçülükdə, gimnastikada müxtəlif proqramlara görə mükafat var, amma atletikada yalnız ikinövçülük üzrə verilir. Halbuki bizim idmançılar əsasən aztəminatlı ailələrdən olan gənclərdir. Peşəkar idmançı pul qazanmalıdır, ailəsini dolandırmalıdır.

– Sizcə, idmançı yalnız pul üçün çıxış etməlidir?

– Peşəkar üçün bəli. Çünki bu onun işidir. İşə görə isə pul verilməlidir. Digər sahələrdə də belədir. İdmançı da həyatını bu işə həsr edib, başqa peşəsi yoxdur. İnsan niyə peşəkar idmanla məşğul olur?

Birincisi, uğur qazanmaq və tanınmaq üçün. İkincisi, öz xalqını tanıtmaq üçün. Üçüncüsü, ölkəsinin adını yüksəltmək üçün. Dördüncüsü isə - ailəsinə və özünə pul qazanmaq üçün.

Mən özüm də ilk növbədə işimə görə pul qazanıram. Çünki xalqımı və ölkəmi kifayət qədər tanıtmışam - yetişdirdiyim idmançılarla. Bu gün əsas məqsədim Azərbaycan üçün layiqli nəsil formalaşdırmaq, federasiya və ölkəyə uğur gətirəcək sistemi qurmaqdır.

– Gələcək nəsil demişkən, sizcə, Azərbaycanın hansı bölgələrində atletikanın inkişafı üçün perspektiv var?

– Bölgələr kifayət qədər uğurlu idmançılarımız var. Məsələn, Qazaxda Rəyad, Goranboyda Şəmsi kimi yaxşı məşqçilər var. Federasiyanın rəhbərliyi də bu istiqamətdə doğru iş aparır - yalnız bu günün nəticəsini yox, atletikanın sabahını düşünür.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Şahmat
Bu gün, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq;

Futbol
Bu gün, 11:14

Neftçi futbolçu Sessi Dalmeyda: Messi ilə görüş tarixi bir an idi

Digər
Bu gün, 11:11

Azərbaycanın deflimpiyaçıları karate üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar

Futbol
Bu gün, 11:05

Barselona Alexandro Balde satmaq niyyətindədir;

Boks
Bu gün, 11:01

Azərbaycan U-23 boksçuları Türkiyə yığması ilə Avropa çempionatına hazırlıqda

Qarabağ FK
Bu gün, 11:00

Jali Muaddib Neftçi ilə razılaşdı, amma son anda Qarabağ'a transfer oldu

Futbol
Bu gün, 10:59

İkinci Liqada 9-cu turun ikinci oyun günündə iki qarşılaşma

Futbol
Bu gün, 10:43

Nyukasl Evertonu Yenidən Qarşılayacaq – Afisha

Futbol
Bu gün, 10:40

Paulo Fonseca "Lion" klubuna keçdi

Voleybol
Bu gün, 10:28

Azərbaycan Super Liqasının 2026/2027 mövsümündə qadın voleybolçuların başlanğıc tarixi 6 noyabr elan edildi

Futbol
Bu gün, 10:20

Bavariya Atleti­ko ilə oyunu buraxa bilər: Olise zədəsi

Futbol
Bu gün, 10:13

Liverpool sol cinahı gücləndirmək üçün beş namizədin transferini düşünür

Futbol
Bu gün, 10:00

Akinyemi: Neftçi çempionluğa hədəflənir, inamımız böyükdür

Futbol
Bu gün, 09:58

Balakən futbol klubu yenilənən stadionu tamamlamış – video

Futbol
Bu gün, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekordu qırdı

Futbol
Bu gün, 09:40

Kristal Pelas hücumçusu müqavilə uzadıla bilmədi

Futbol
Bu gün, 09:23

Arsenal'dan qovulan Harry Keyn Qızıl Topu qazandı

Futbol
Bu gün, 09:20

Hakerlər Corinthians saytını hücum etdilər, Lionel Messi transfer iddiası yayımladı

Oxşar xəbərlər