top
Marian Kolev: Gəncədə Avropa çempionatına hazırlıq, favoritlər və komandanın məqsədləri Idman.biz
27 oktyabr 2025, 13:19
- ↺ +

Marian Kolev: Gəncədə Avropa çempionatına hazırlıq, favoritlər və komandanın məqsədləri

Aerobika gimnastikası üzrə Azərbaycan millisi Gəncəyə yola düşüb. Məhz burada yığma komanda noyabrın 14-16-da keçiriləcək Avropa çempionatı və noyabrın 9-11-də baş tutacaq Avropa yaş qrupları üzrə yarışları öncəsi son hazırlıq mərhələsini keçirəcək.

Bu yarış Gəncə üçün də mühüm hadisə sayılır - şəhər III MDB Oyunlarından sonra daha bir böyük idman tədbirinə ev sahibliyi edəcək.

Aerobika gimnastikası üzrə yığmanın baş məşqçisi Marian Kolev qarşıdakı məqsədlər və komandanın hazırlıq prosesi barədə İdman.biz-ə müsahibə verib.

- Starta iki həftə qalıb. Komandanın son yarışa hazırlıq səviyyəsi necədir?

- Artıq bir neçə gündür Gəncədəyik. İdmançıların vəziyyəti normaldır. Ümid edirik ki, yarışlara qədər qalan bu son həftələr uğurlu keçəcək. Ən vacibi odur ki, hamı sağlam olsun və zədələrdən uzaq qalaq.

- İlk dəfədir ki, Avropa çempionatı gimnastika növü üzrə Bakıda deyil, regionda keçiriləcək. Bu, əlavə həyəcan yaradırmı?

- Bizim üçün əsas məsələ işimizi mükəmməl görmək və uğurlu nəticə qazanmaqdır. Bilirik ki, Azərbaycan Gimnastika Federasiyası hər zaman olduğu kimi, yarışın yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək. Buna görə də hamımız sakitik və bu baxımdan komanda üçün fərqi yoxdur - Bakıda çıxış edirik, yoxsa Gəncədə.

- Avropa çempionatında favoritlərdən biri Vladimir Dolmatov və Mədinə Mustafayevanın cütlüyüdür. Onları "qızıl"ın əsas namizədləri saymaq olarmı?

- Onların dünya çempionatı və Ümumdünya Oyunlarında qazandığı gümüş medalları nəzərə alsaq, bəli, bu cütlüyü liderlər sırasına aid etmək olar. Amma Avropada çox güclü cütlüklər var və rəqabət çox ciddi olacaq. Hər şey onların özündən asılıdır – Vladimir və Mədinə potensiallarını göstərməli və mükəmməl çıxış etməlidirlər. Allah qoysa, hər şey istədiyimiz kimi alınar.

- Onların Çenduda keçirilən Ümumdünya Oyunlarındakı çıxışını dünya çempionatı ilə müqayisə etmək olarmı? Orada da ikinci olmuşdular, amma rəqabət daha sərt idimi?

- Bu yarışlar demək olar eyni səviyyədədir. Çünki Ümumdünya Oyunlarında iştirak hüququ yalnız dünya çempionatında ilk üçlüyə daxil olanlara verilir. Məhz buna görə də Çenduda hər növ üzrə cəmi dünyanın altı ən güclü komandası çıxış etdi və onların yalnız dördü finala keçə bildi. Yarışlar çox ağır keçdi və biz çox şadıq ki, Dolmatov və Mustafayeva medal qazana bildilər. Bu nəticə son dərəcə önəmlidir, çünki Ümumdünya Oyunları - olimpiya proqramına daxil olmayan idman növləri üçün Olimpiada sayılır.

- Yığmanın heyəti artıq müəyyənləşib. Ümumilikdə nəyə ümid edə bilərik?

- Bəli, heyət formalaşıb. Biz fərdi çıxışlarda, trio yarışlarında və qarışıq cütlüklərdə təmsil olunacağıq. Əvvəlcə qrup yarışlarında da iştirak etməyi planlaşdırırdıq, lakin idmançılardan birində sağlamlıq problemi yarandı. Komandanın son sınağı Plovdivdəki turnir oldu, indi isə bütün diqqətimizi Gəncədə uğurlu çıxışa yönəltmişik.

- Yaş qrupları üzrə yarışlarda gimnastlarımızın şansı necə qiymətləndirilir?

- Hazırda 15 yaşadək yeniyetmələrdən ibarət komanda və 12-14 yaşlılardan ibarət qrup starta hazırlaşır. Yeniyetmələr fərdi çıxışlarda, həm qız, həm oğlanlar kateqoriyasında, eləcə də iki trio tərkibdə çıxış edəcəklər. Hazırlıqları yaxşı gedir və mən yaxşı nəticəyə ümid edirəm. Rəqabət çox yüksək olacaq, üstəlik, uşaqların bu səviyyəli yarışlarda hələ kifayət qədər təcrübəsi yoxdur. Amma "ev faktoru" onların xeyrinə işləyə bilər.

12-14 yaşlılara gəlincə, onlar cəmi bir-iki ildir aerobika ilə məşğuldurlar. Ümid edirik ki, proqramlarını yaxşı yerinə yetirib finala çıxmağı bacaracaqlar.

- Sizin şəxsi gözləntiləriniz nələrdir?

- Mənim üçün ən vacibi odur ki, bütün idmançılar sağlam olsun və hazırlıq prosesi uğurla keçsin. Əsas məsələ Gəncədə komanda ilboyu üzərində işlədiyi proqramı inamla təqdim etsin. Bu halda biz qarşıya qoyulan bütün məqsədlərə nail olacağıq.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Futbol
Bu gün, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Minifutbol
Bu gün, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Futbol
Bu gün, 18:13

Arda Güler UEFA Çempionlar Liqasında AEK ilə oynayacaq "Real Madrid" heyətində yer almadı

Futbol
Bu gün, 18:00

II Liqa 9-cu tur: "Qaradağ Lökbatan" zirvədə, "Şirvan" ikinci pillədə

Futbol
Bu gün, 17:50

Rəvan Həmzəzadə VII tur I Liqa məclisində hakim olaraq iştirak edir

Futbol
Bu gün, 17:33

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümündə qrup rəqibləri açıqlanıb

Futbol
Bu gün, 17:33

Barselona Həmzə Əbdülkərim iki heyətə çağırıldı

Qarabağ FK
Bu gün, 17:30

İspaniya və Serbiya klublarından Azərbaycan U17 milli komandasına dəvət

Futbol
Bu gün, 17:29

Portuqaliyanın "Porto" klubu Avropada bərabərsiz qalır

Futbol
Bu gün, 17:20

RB Layptsiq Yohan Bakayokonu qış transfer pəncərəsində satmaq niyyətindədir

Digər
Bu gün, 17:13

UFC əfsanələri Kris Vaydman və Dastin Porye əfsanəvi Konor Makqregoru yarımyüngül çəkidə məğlub edəcək olan İliya Topuriya haqqında

Futbol
Bu gün, 17:01

Martin Subimendi qış transferində Arsenaldan ayrılma ehtimalı;

Futbol
Bu gün, 17:00

Cahangir Həsənzadə: "Sabah"ın UEFA Çempionlar Liqasında "Vikinq"ə qarşı yeni mərhələyə yüksəlmək şansını çox aşağı qiymətləndirirəm

Futbol
Bu gün, 16:46

Braziliyalı hücumçu Rişarlisonun agenti Trabzonsporla görüş istəyib

Futbol
Bu gün, 16:45

Aslan Kərimov "Sabah"ın "Vikinq"ə qarşı oyununda standart vəziyyətlər və əks-hücumları əsas təhlükə adlandırdı

Cüdo
Bu gün, 16:35

DİN-ə məxsus cüdo komandası açıq çempionatda xüsusi kuboka sahib oldu

Oxşar xəbərlər