top
“Evdə keçiriləcək Dünya Kubokuna böyük ümidlərlə və ciddi hazırlaşırıq” - Marian Kolevin İDMAN.BİZ-ə AÇIQLAMASI Idman.biz
28 aprel 2026, 12:18
- ↺ +

“Evdə keçiriləcək Dünya Kubokuna böyük ümidlərlə və ciddi hazırlaşırıq” - Marian Kolevin İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycanın aerobika üzrə millisi cari ildə qazandığı medalların hesabını açıb. Praqada keçirilən turnirdə Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət trio qələbə qazanıb və bu nəticə mövsümün əsas startları öncəsi hazırlıq baxımından yaxşı sınaq olub.

İdman.Biz-ə açıqlamasında millinin baş məşqçisi Marian Kolev Çexiya paytaxtındakı çıxışla bağlı fikirlərini bölüşüb və qarşıdakı yarışlar barədə danışıb: "Praqaya səfər kifayət qədər maraqlı alındı. Bu, ənənəvi turnirdir və güclü iştirakçı heyəti toplayır. Yarışa Bolqarıstan, İtaliya, İsrail, Ukrayna, Macarıstan, Fransa, Almaniya, İsveçrə daxil olmaqla 18 ölkənin komandaları qatılmışdı. Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət triomuz kifayət qədər inamlı çıxış etdi və gərgin rəqabət şəraitində qalib gəldi. İdmançılar mövsüm ərzində təkmilləşdiriləcək yeni kompozisiyalar və proqramlar nümayiş etdirdilər".

O qeyd edib ki, komanda üçün əsas sınaqlardan biri 5-7 iyunda Bakıda keçiriləcək Dünya Kuboku olacaq: "Keçən il Gəncədə Avropa çempionatında çıxış etdik, indi isə yığma yenidən doğma azarkeşlər önündə Bakıda nömrələrini təqdim etməyə hazırlaşır. Dünya Kubokuna böyük ciddi yanaşma və böyük ümidlərlə hazırlaşırıq. Əsas gözləntilər, əlbəttə ki, qarışıq cütlük - Mədinə Mustafayeva və Vladimir Dolmatovla bağlıdır".

Bolqarıstanlı mütəxəssis yarışın yeni formatda keçiriləcəyini də vurğulayıb: "Dünya Kuboku təkcə aerobika üzrə deyil, həm də akrobatika üzrə təşkil olunacaq. Bu, tamaşaçılar üçün xüsusilə maraqlı olacaq, çünki onlar eyni vaxtda iki gimnastika növünün nümayəndələrinin çıxışlarını izləyə biləcəklər. Buna görə də Milli Gimnastika Arenasında keçiriləcək tədbir kifayət qədər maraqlı və intriqalı vəd edir".

Məşqçi əlavə edib ki, cari mövsüm yarışların sayı baxımından əvvəlkindən bir qədər fərqlənəcək.

"Aerobikada dünya və Avropa çempionatları iki ildən bir növbələşmə ilə keçirilir. Keçən il əsas yarış Avropa çempionatı idi, bu il isə bütün diqqət dünya çempionatına yönələcək. Ona hazırlıq çərçivəsində Dünya Kuboku mərhələlərində iştirak etməyi planlaşdırırıq. Bakıdan sonra iyunun sonunda Nançanqda (Çin) mərhələ keçiriləcək, avqustda isə reytinq turnirinə Rumıniyanın Oradea şəhəri ev sahibliyi edəcək

İlin əsas yarışı olan dünya çempionatı sentyabrda Pamplonada keçiriləcək. Orada həmçinin yeniyetmələr arasında dünya çempionatı da təşkil olunacaq. Yeniyetmələr artıq evdə keçirilən Avropa çempionatında beynəlxalq təcrübə qazanıblar. Plan üzrə məşqlərimizi davam etdiririk", - deyə M.Kolev fikrini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:36

Luis Enrike: Barselona üzərində 4:2 hesablı qələbənin açarı PSJ-nin müdafiəsi oldu

Futbol
Bu gün, 02:05

Kvaratsxeliya "Barselona" məcburiyyətində ağır zədələndi: 9 ay müddətində yaxına qala bilər

Futbol
Bu gün, 01:49

“Barselona” UEFA Çempionlar Liqasının üçüncü turunda PSJ-yə 2:4 uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı - Flik rəqibin üstünlüyünü etiraf etdi

Formula 1
Bu gün, 01:35

Williams Marvel ilə əməkdaşlıqda Doctor Dum üslubunda bolid təqdim etdi

Futbol
Bu gün, 01:19

“Sabah” qapıçısı Stanislav Pokatilov UEFA Çempionlar Liqasının üçüncü turunda ən yüksək bal toplayaraq “Borussiya”nın dublini geridə qoydu

Futbol
Bu gün, 01:13

David Raya La Liqada oynamak istədiyini bildirdi

Futbol
Bu gün, 00:52

Sabah – Borussia Dortmund matçında bütün qollar Afrika futbolçuları tərəfindən vuruldu

Futbol
Bu gün, 00:35

Sesk Fabreqas "Mançester Yunayted"in baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirməkdən imtina etdi

Futbol
Bu gün, 00:30

Žirasi "Sabah"la Çempionlar Liqası görüşünün ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 00:21

Ronaldu penaltini qaçırdı, Feliks “Əl-Nəsr”ə qələbə qazandırdı

Futbol
Bu gün, 00:03

Dani Olmo, PSG qarşılaşmasında yaralandı

Futbol
Dünən, 23:50

Bundesliqada “Sabah” və “Borussiya Dortmund” matçı 2-1 nəticə ilə sona çatdı, Azərbaycan klubu müqavimət göstərdi

Futbol
Dünən, 23:44

Mikel Artertanın bəyanatı: Subimendi Bayern ilə oyunda iştirak edəcək

Futbol
Dünən, 23:41

Dambrauskas: Keyfiyyətli rəqib qarşısında şansımız az idi

Futbol
Dünən, 23:31

Dambrauskas məğlubiyyətdən sonra futbolçularına qürur duyduğunu bildirdi

Futbol
Dünən, 23:26

Sabah 2-1 məğlubiyyətlə Borussia Dortmund-a: layiqli mübarizə, səhvlər və fürsət itkisi

Qarabağ FK
Dünən, 22:58

İqor Ponomaryov “Sabah”ın “Borussiya”ya məğlubiyyətini şərh etdi

Futbol
Dünən, 22:55

Arsenal, Barcelona müdafiəçisi Xavi Espartı alqı‑satqıya təklif edir

Digər
Dünən, 22:35

Ançelotti: Fransadakı iğtişaşlar Lilldə mağazaları dağıtdı

Futbol
Dünən, 22:19

Flik, Rodrinin PSJ qarşılaşmasında ehtiyatda qalmasının səbəbini izah etdi

Basketbol
Dünən, 22:09

NBA 2026/2027 mövsümündə 125 əcnəbi basketbolçu çıxış edəcək, Fransa Kanada hərfini keçib

Futbol
Dünən, 21:58

Entoni Teylor Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin sədri ola bilər

Digər
Dünən, 21:50

U-23 Avropa çempionatında 9 medal qazanan Azərbaycan ağırlıqqaldıran seçməsini hava limanında təntənəli qarşılama mərasimi təşkil olundu

Voleybol
Dünən, 21:50

Ziya Rəcəbov: “Qadın voleybolçularımız CEV Çempionlar Liqasında Mladostu 3:0 məğlub etdi və təcrübə öz sözünü dedi”

Oxşar xəbərlər