Azərbaycan millisinin üzvü Anna Yusupova Türkiyədə keçirilən beynəlxalq yarışda uğurlu çıxış edib.
İdman.Biz xəbər verir ki, Trabzon şəhərində təşkil olunan Trabzon Yarı Marafonunda atlet 21 km məsafəyə qaçışda 1:19:58 nəticə göstərib.
Bu göstərici Yusupovaya yarışda 5-ci yeri qazandırıb.