top
Rövşən Hüseynli UEFA Çempionlar Liqasında çıxış etmək üçün Araz-Naxçıvanı seçmə səbəblərini açıqladı Idman.biz
07 iyul 2025, 13:48
- ↺ +

Rövşən Hüseynli UEFA Çempionlar Liqasında çıxış etmək üçün "Araz-Naxçıvan"ı seçmə səbəblərini açıqladı

Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynli UEFA Çempionlar Liqasında çıxış etmək üçün "Araz-Naxçıvan"ı seçib.

İdman.biz xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə "Report"a açıqlama verib.

O, başqa təkliflər olsa da, Naxçıvan klubuna üstünlük verdiyini deyib: "Baş məşqçi və klub rəhbərliyi ilə görüşümüz oldu. Çox sağ olsunlar ki, məni yenidən "Araz-Naxçıvan"da görmək istədilər. Həmişə dediyim kimi, harada olmağıma baxmayaraq, hər zaman "Araz-Naxçıvan"ın təklifləri mənim üçün ilk sıradadır. Çünki doğma klubumdur, öz evimdir. Məhz bu klubda Rövşən Hüseynli olmuşam və bunu heç vaxt yaddan çıxara bilmərəm. Başqa təkliflər də var idi. Artıq Qazaxıstan çempionatında çıxış etməməyi qərarlaşdırmışdım. UEFA Çempionlar Liqası həyəcanını yenidən yaşamaq istəyirdim. 8 il "Araz-Naxçıvan"ın formasını geyinmişəm. Bu il UEFA Çempionlar Liqasında çıxış edən komandaya keçmək istəyirdim. Ona görə də seçimim asan oldu. "Araz-Naxçıvan"ın məqsədi hər zaman yüksəkdir. Bu da seçimimdə böyük rol oynadı. Beynəlxalq yarışda yaxşı nəticə qazanmaq istəyirəmsə, ələbəttə, bu komandanı seçməli idim".

Qolkiper komandasının UEFA Çempionlar Liqasındakı potensialını dəyərləndirib: "Artıq püşkatma da olub. Rəqiblər bəllidir və özüm üçün müəyyən məlumatlar da toplamışam. Potensialımız yüksəkdir, "Araz-Naxçıvan" qrupun favoritidir. Qalır bunu meydanda, oyunumuzla sübut etmək. Düşünürəm ki, növbəti mərhələyə lider kimi adlaya biləcəyik".

Qeyd edək ki, R.Hüseynlinin son iş yeri Qazaxıstanın "Astana" klubu olub.

Naxçıvan təmsilçisi Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək. Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:32

Alexandro Balde “Barselona”dan ayrılmaq istəmir

Futbol
Bu gün, 03:25

Usman Dembele Fransa millisindəki çıxışı ilə bağlı tənqidlərə sakit yanaşdığını bildirib

Futbol
Bu gün, 01:13

“Chelsea” Aleks Skott üçün mübarizədə önə çıxır

Futbol
Bu gün, 00:51

UEFA Millətlər Liqası IV tur: Portuqaliya Norveçdən qalib, Almaniya Yunanıstanla 0:0 bərabərlik

Futbol
Dünən, 23:18

Pari Nijnı Novqorod qapıçısı İslam İmamov Azərbaycan millisinə dəvət ala bilər

Futbol
Dünən, 23:06

“Atletiko” yeni ölkələrdən futbolçularla heyətini gücləndirir

Futbol
Dünən, 21:38

“Barselona” üç futbolçu ilə müqavilə şərtlərini yeniləyir

Futbol
Dünən, 20:45

Litva millisinin baş məşqçisi: Hakimlərin VAR qərarları Azərbaycan millisinin xeyrinə idi

Futbol
Dünən, 19:45

Mahir Emreli: Litva üzərində 1-0 qalibiyyət qrupun ən vacib qələbəsi ola bilər

Futbol
Dünən, 17:57

Azərbaycan U17 qadın futbol komandası AVRO‑2027 seçmə mərhələsində sonuncu yerə düşdü

Gimnastika
Dünən, 17:36

Maqsud Mahsudov və Hüseyn Abbasov Dünya Kubokunda bürünc medal qazandı

Qarabağ FK
Dünən, 17:27

Xankəndi futbol klubunda yeni köməkçi məşqçi Aydın Qasımov təyin olundu

Futbol
Dünən, 12:33

Litva millisinin sabiq məşqçisi: Azərbaycan futbolu geriləyir

Futbol
Dünən, 11:59

Juventus, Atalanta'nın sol müdafiəçisini transfer siyahısına əlavə edib

Futbol
Dünən, 11:30

Neftçi və Spartak (Vilnius) komandalarının veteranları 75 ildən sonra Tofiq Bəhramov stadionunda görüşəcək

Cüdo
Dünən, 11:00

Dünya cüdo çempionatı Bakıda başladı: İlk gündə 4 azərbaycanlı tatamiyə çıxdı

Qarabağ FK
Dünən, 10:30

Kamilo Duran Kolumbiya millisinin yığmasında ilk dəfə meydan gördü

Futbol
Dünən, 09:42

Argentina futbol millisi Burkina-Fasoya 7-0 məğlubiyyət verdi

Futbol
Dünən, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Dünən, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Dünən, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Futbol
Dünən, 04:19

Brunu Fernandeş Ronalduyu müdafiə edərək Portuqaliya Futbol Federasiyasını problemi həll etməyə çağırır

Futbol
Dünən, 01:34

Klopp Yunanıstanın qələbəsini layiqli hesab edir, revanş öncəsi hazırdır

Futbol
Dünən, 00:53

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

Oxşar xəbərlər