top
Fuad Rzayev: 19 ildən sonra tarixə düşmək üçün əlimizdən gələni edəcəyik Idman.biz
18 may 2026, 15:49
- ↺ +

Fuad Rzayev: "19 ildən sonra tarixə düşmək üçün əlimizdən gələni edəcəyik"

"Neftçi" İK 19 ildən sonra futzal üzrə Azərbaycan çempionu olmaq və tarixə düşmək üçün əllərindən gələnin ən yaxşısını edəcək".

Bunu "Neftçi" İK-nın baş məşqçisi Fuad Rzayev deyib.

Mütəxəssis bu gün baş tutacaq "Araz-Naxçıvan"a qarşı çempionluq matçına ciddi hazırlaşdıqlarını söyləyib:

"Şükürlər olsun ki, zədəli və ya cəzalı oyunçumuz yoxdur. Oyuna 14 nəfərlik tam heyətlə çıxacağıq. Bir çoxları şansları fərqli dəyərləndirə bilər, amma biz 19 qat Azərbaycan çempionuna qarşı oynayırıq. Rəqibin heyətindəki futzalçılar UEFA Çempionlar Liqası təcrübəsinə malikdirlər, hər il turnirin qrup mərhələsində çıxış edirlər. Bizim komanda isə bu il yığılıb və legionerlərimiz Braziliyadan başqa yer görməyiblər. Təcrübə baxımından rəqib oyunçular bu cür matçlarda daha rahat və sərbəst olurlar", - deyə o report.az-a açıqlamasında bildirib.

O, komandanın psixoloji durumuna və qarşılaşacaqları çətinliklərə də toxunub:

"Komandamız oyuna yaxşı hazırlaşıb. Əsas məsələ psixoloji cəhətdən sakit və təmkinli olmaqdır. Düşünürəm ki, oyunçularımız hələ buna tam hazır deyillər, lakin çempionluq sevinci yaşamaq və 19 ildən sonra tarixə düşmək üçün əllərindən gələnin ən yaxşısını edəcəklər. Bizi düşündürən əsas məqam matçın keçiriləcəyi meydançada daha əvvəl nə məşq etməyimiz, nə də oyun keçirməyimizdir. "Araz-Naxçıvan" isə vaxtilə orada "Benfika"ya qarşı oynayıb, heyətindəki milli üzvləri məşq ediblər. Bu səbəbdən bizə çətin olacaq. Belə bir rəqibə, daha güclü və bahalı transferləri olan komandaya qarşı oynamaq həm qürurvericidir, həm də ağır olacaq. Ümid edirəm ki, sonda çempionluq sevinci yaşayarıq".

Qeyd edək ki, "Neftçi" İK - "Araz-Naxçıvan" görüşü bu gün, saat 19:00-da Bakı İdman Sarayında start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Futbol
Bu gün, 09:08

Paulo Dibala: PSJ-yə keçməyə çox yaxın idim, peşmanlığım yoxdur

Futbol
Bu gün, 09:00

Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Futbol
Bu gün, 09:00

"Sabah" Barcelona ilə Çempionlar Liqası turnirində qarşılaşacaq

Futbol
Bu gün, 08:52

Rafinya hat‑trik etməyi hədəfləyir

Futbol
Bu gün, 08:40

Çempionlar Liqasının 10 Favorit Klubunun Siyahısı

Futbol
Bu gün, 08:30

“Sabah” La Liqada çıxış etsə, neçənci yeri tutar?

Futbol
Bu gün, 08:20

Zurab O'çiqava Polşa klubunda köməkçi məşqçi olacaq

Qarabağ FK
Bu gün, 08:17

“Sabah”ın ispaniyalı mütəxəssisi: “Barselona qarşısında qələbə çətin olacaq, amma mümkündür”

Futbol
Bu gün, 08:07

Bruno Fernandes, Ronaldun milli komanda daxilində hörmətsizliyinə şübhə göstərdi

Futbol
Bu gün, 08:00

Azərbaycan təmsilçisi "Sabah" Barselona ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:00

Azərbaycan çempionu "Sabah" Barselona ilə üz-üzə!

Voleybol
Bu gün, 08:00

“Milli Aviasiya Akademiyası” “Naxçıvan”ı məğlub edərək xal fərqini artırdı

Futbol
Bu gün, 08:00

Real Madrid Champions League pley-off yerini rəsmi olaraq təmin etdi

Futbol
Bu gün, 07:16

“Real Madrid” futbolçusu “Atlético”da transfer hədəfi

Futbol
Bu gün, 07:00

15 yaşında ulduz, 22-də məhbus: Cermeyn Pennantın karyerasının çətin yolu

Digər
Bu gün, 07:00

Noyabrın 25-də gözlənilən hava şəraiti: yağış və dağlıq ərazilərdə qar ehtimalı

Futbol
Bu gün, 06:13

Dieqo Simeone “Atletiko”dakı gələcəyi barədə susqunluğunu pozdu

Futbol
Bu gün, 06:01

Manchester City futbolçusu Erling Haaland ilə Polşalı elektrik ustası arasında əmtəə nişanı mübahisəsi;

Futbol
Bu gün, 05:38

Real Madrid UEFA Çempionлар Liqasının V turunda PSV-yə 5:1 məğlubiyyətlə qələbə seriyasını on oyuna çatdırdı

Futbol
Bu gün, 05:05

“Marsel” azarkeşləri futbolçunu həm gücləndirə, həm də sındıra bilər

Voleybol
Bu gün, 04:30

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan voleybol millisinin kapitanı mükafatlandırıldı

Futbol
Bu gün, 04:08

Florenzi, PSJ-dən göndərilən Tomas Tuxelin haqqında danışdı

Futbol
Bu gün, 02:30

Arda Gülər Çempionlar Liqasında iki asistlə Real Madridin PSV üzərində 5:1 hesablı qələbəsində pay götürdü

Oxşar xəbərlər