top
Emin Kürdov: Kağız üzərində favorit Araz-Naxçıvandır, bunu meydanda da sübut etməliyik Idman.biz
10 iyul 2025, 14:34
- ↺ +

Emin Kürdov: "Kağız üzərində favorit "Araz-Naxçıvan"dır, bunu meydanda da sübut etməliyik"

"Çətin bir mövsüm keçirdik. Maraqlı görüşlər oldu. Çempion olmaq tapşırığını yerinə yetirdik və buna görə şadam. Əlbəttə, asan olmadı, yenildiyimiz, heç-heçə etdiyimiz matçlar oldu".

İdman.biz xəbər verir ki, "Araz-Naxçıvan"ın futzalçısı Emin Kürdov deyib.

Komandasının kapitanı UEFA Çempionlar Liqasının püşkünü dəyərləndirib: "Hədəf Çempionlar Liqasında yaxşı nəticələr qazanmaqdır. Artıq püşk atılıb. Qrupumuzun ən reytinqli komandasıyıq. Yəni kağız üzərində favorit "Araz-Naxçıvan"dır. İndi biz bunu meydanda da sübut etməliyik. İyulun sonlarında hazırlığa başlayacağıq. Yaxşı toplanış keçib məqsədə doğru yola çıxacağıq".

Kürdovun sözlərinə görə, karyerası baxımından qarşıdakı 3 matç çox vacibdir: "Çempionluğa gedən yolda komandama bacardığım qədər kömək edə bildim. Bunu məşqçilərimiz də hər dəfə qeyd edirdi. İndi beynəlxalq arenada bunun davamını gətirməliyik. Kapitan olaraq məsuliyyətimizi, bizdən gözləntiləri anlayırıq. Bu arada, "Araz-Naxçıvan"la başa çatan müqaviləni yenilədik. Daha bir il ölkə çempionunun heyətində yer alacağam. Rəqiblərimiz arasında tanış olanı var. Belfast "Sparta"sı ilə ötən mövsümdə də qarşılaşmışdıq və 7:1 hesabı ilə qələbə qazanmışdıq. Şotlandiya və Avstriya çempionları bizim üçün müəmmalıdır. Oyunlara qədər məşqçilər korpusu lazım olan məlumatı toplayacaq və necə oynamalı olduğumuzu bildirəcəklər. İstənilən halda, məqsəd dəyişməyir: əsas mərhələyə vəsiqə qazanmaq. Buna nail olmaq, "Araz-Naxçıvan"ın əvvəlki əzəmətini qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Heyətimiz də gücləndirilir. Yeni transferlərimiz hazırlığın ilk günündən komandaya qoşulacaqlar".

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq və Şimali İrlandiyanın "Sparta", Şotlandiyanın PYF və Avstriyanın "Ljuti" komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:33

Litva millisinin sabiq məşqçisi: Azərbaycan futbolu geriləyir

Futbol
Bu gün, 11:59

Juventus, Atalanta'nın sol müdafiəçisini transfer siyahısına əlavə edib

Futbol
Bu gün, 11:30

Neftçi və Spartak (Vilnius) komandalarının veteranları 75 ildən sonra Tofiq Bəhramov stadionunda görüşəcək

Cüdo
Bu gün, 11:00

Dünya cüdo çempionatı Bakıda başladı: İlk gündə 4 azərbaycanlı tatamiyə çıxdı

Qarabağ FK
Bu gün, 10:30

Kamilo Duran Kolumbiya millisinin yığmasında ilk dəfə meydan gördü

Futbol
Bu gün, 09:42

Argentina futbol millisi Burkina-Fasoya 7-0 məğlubiyyət verdi

Futbol
Bu gün, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Bu gün, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Bu gün, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Futbol
Bu gün, 04:19

Brunu Fernandeş Ronalduyu müdafiə edərək Portuqaliya Futbol Federasiyasını problemi həll etməyə çağırır

Futbol
Bu gün, 01:34

Klopp Yunanıstanın qələbəsini layiqli hesab edir, revanş öncəsi hazırdır

Futbol
Bu gün, 00:53

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

Qarabağ FK
Dünən, 20:58

Qarabağ məşqçisi Qurban Qurbanov: “Zirə ilə 3:1 qalibiyyəti, milli oyunçuların yüklənməsi və gələcək qarşılaşmalar üçün möhkəm hazırlıq vacibdir”

Futbol
Dünən, 20:17

Litva millisinin baş məşqçisi: “Biz Bakıdakı matça qələbə ilə çıxacağıq”

Futbol
Dünən, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı;

Futbol
Dünən, 19:56

“Qəbələ” Yapon U‑20 yığmasına 1:3 hesabı ilə məğlub oldu

Qarabağ FK
Dünən, 19:26

Qarabağ, Zira üzərində 3:1 qalibiyyəti ilə üstünlük qazandı

Futbol
Dünən, 17:45

Rahid Əmirquliyev: Heyətin potensialı qələbələrə yol açır

Futbol
Dünən, 16:30

“Qəbələ” heyətinə albaniyalı yarımmüdafiəçi Endri Çekiçi qatıldı

Gimnastika
Dünən, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Dünən, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Dünən, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Dünən, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Dünən, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Oxşar xəbərlər