top
Elşad Quliyev: Futzala yanaşma dəyişsə, yaxşı milli komanda yaratmaq mümkündür Idman.biz
02 avqust 2025, 18:00
- ↺ +

Elşad Quliyev: "Futzala yanaşma dəyişsə, yaxşı milli komanda yaratmaq mümkündür"

"Düzünü desəm, çempionluq haqda çox da fikirləşmirdik. Daha çox fokuslanmışdıq ki, mükaftçılar sırasına düşək. Çünki tələbələrdən ibarət futzal komandamız illərdir ki, yarışlarda iştirak edir".

İdman.biz xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Sportal.az-a açıqlamasında deyib.

Ötən ay tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komandamızın baş məşqçisi bu uğurdan bəhs edib. Bununla yanaşı, o, futzal çempionatımızın durumundan söhbət açıb: "Ən yaxşı nəticəmiz elə mənim rəhbərliyim altında 5-ci olmuşdu. O da ötən il idi. Buna qədər heç vaxt belə yaxşı nəticə qazanmamışdıq. Çox çətin oldu. Belə olacağını da bilirdik. Amma uşaqlar bu işin öhdəsindən gəldilər. İnanıram ki, daha yaxşı potensiala malik uşaqlarımız var. Zaqrebdə digər komandalarla birlikdə qalırdıq. Məşqçilərlə görüşürdük, yaxşı münasibətlər qurmuşduq. Tanıdığımız məşqçilər də var idi ki, onlarla da danışırdıq, söhbətimiz olurdu. Minifutbol üzrə dünya çempionu olmağımız haqda soruşurdular.

Azərbaycanda potensialı olan futbolçular yetişir, futzalda da var. Düzdür, çox deyil, amma az da olsa, yaxşı uşaqlar var. Onlar elə Zaqrebdə sübut etdilər ki, güclü komandalara qarşı necə oynamaq lazımdır. Əslində, futzala yanaşma dəyişməlidir. Futzala yanaşma dəyişsə, 2-3 ilə yaxşı milli komanda yaratmaq mümkündür. Çünki o potensialda gənclərimiz var. Sadəcə işləmək lazımdır. Çempionatımızı da daha da gücləndirmək mümkündür. Ölkə çempionatımız nə qədər ki, bu səviyyədə davam edəcək, millinin uğurundan danışmağa dəyməz. Alınan bir şey deyil".

Minifutbol üzrə "Zirə" və milli komandamızın baş məşqçisi Çempionlar Liqasındakı şanslarından da danışıb: "Çempionlar Liqası sentyabrın 7-də başlayacaq. Ölkəmizi 3 komanda təmsil edəcək. Çünki "Birbaşa Bakı" ötən il Çempionlar Liqasını qazanmışdı. Reytinqə görə, "Aznur" və "Zirə" də oynayacaq. Turnirdə çox güclü komandalar yer alıb. İnanıram ki, Azərbaycan komandaları yaxşı oynayacaq, yaxşı nəticələr qazanacaq. Çünki "Birbaşa Bakı" da çox güclüdür. Millinin əsas heyəti oradadır, "Aznur" da güclüdür. "Zirə"nin də çempionluq şansı var. Kuboku Azərbaycana yenidən gətirə bilərik. Şanslarımız çoxdur. Ancaq təbii ki, turnirdə Rumıniya, İngiltərə, Monteneqro, Slovakiya, Macarıstan kimi ölkələrin güclü klubları var. Ümidvaram ki, hər şey yaxşı alınacaq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Futbol
Bu gün, 09:08

“Çelsi” Estevao Villianın PSJ-yə icarəsi üçün üç şərt təqdim edib

Güləş
Bu gün, 09:04

Azərbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsi iki oyunla yekunlaşdırılacaq

Futbol
Bu gün, 08:40

Zenit'in 26 yaşlı mərkəz müdafiəçısı Nuralı Alip Galatasaray'a keçə bilər

Futbol
Bu gün, 08:12

Real Madrid futbolçusunun Valverde'nin sağlamlığına dair narahatlığa son

Futbol
Bu gün, 08:00

Paris Klubu 20 yaşlı əlcəzairli futbolçuya ciddi maraq göstərir

Futbol
Bu gün, 07:13

Karvaxal: Real Madriddə bəzən münaqişələr əlbəyaxa döyüşə qədər yüksəlirdi

Futbol
Bu gün, 06:23

Real Madrid, Mbappe qalmaqalını həll etmək üçün La Liqanın köməyi təklifini rədd etdi

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Futbol
Bu gün, 02:33

Liverpool və Manchester City penalti seriyasında qalib, Bornmu, Kristal Palas və Sanderlend 1/4 finala yüksəldi

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Oxşar xəbərlər