top
Elnur Qəmbərov: Nəriman Axundzadənin MLS-ə gedişi böyük uğurdur Report.az
13 fevral 2026, 12:13
- ↺ +

Elnur Qəmbərov: "Nəriman Axundzadənin MLS-ə gedişi böyük uğurdur"

Hazırda Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlı futzal mütəxəssisi Elnur Qəmbərov millinin hücumçusu Nəriman Axundzadənin ABŞ-nin "Kolambus Kryu" klubuna transferini yüksək qiymətləndirib.

O, bunu "Report"a açıqlamasında bildirib.

Məşqçi bu keçidin həm futbolçu, həm də ölkə idmanı üçün əhəmiyyətli olduğunu vurğulayıb:

"Nərimanın MLS-ə gəlməsini hər birimiz üçün böyük uğur hesab edirəm. Burada dünya səviyyəli ulduzlar çıxış edir və onun belə bir mühitdə olması Azərbaycan futbolunun tanınması baxımından çox vacibdir. Bəzi azarkeşlərin bu transferə mənfi yanaşmalarını, buranı aşağı səviyyəli liqa hesab etmələrini başa düşmürəm. Burada klubların büdcəsi kifayət qədər yüksəkdir və qiyməti 4, 5, 6, hətta 8 milyon dollar olan futbolçular çıxış edir. Vaxtilə Zlatan İbrahimoviç də MLS-də oynayıb. Hazırda çempionatda Messi kimi futbolçu çıxış edir. Həmçinin bir çox tanınmış futbolçular MLS-ə gəlib, sonra yenidən Avropanın nəhəng klublarında oynayıblar".

E.Qəmbərov futbolçunun gələcək perspektivinə inandığını qeyd edib:

"Nəriman gənc və istedadlı oyunçudur, onun parlaq gələcəyi var. "Braqa" ilə matçdakı hərəkətləri və vurduğu qol hələ də yaddaşlardadır. İnşallah, gəlib burada da özünü göstərər. "Toronto" ilə oyuna gələndə şəxsən gedib Azərbaycan bayrağı ilə ona dəstək olacağam".

Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:16

PSJ “Bayer”in futbolçusunu transfer etmək istəyir

Digər
Bu gün, 22:14

“Kubok oyunlarına maraq az olsa da…” – Azər Məmmədov

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Digər
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşından təsirli sözlər: “Hər uğursuzluqdan sonra daha güclü qayıtdın”

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Futbol
Bu gün, 18:29

Ansu Fati 6 həftəlik sıradan çıxıb

Oxşar xəbərlər