top
Çimərlik futbolu millisinin məqsədi A divizionuna vəsiqə qazanmaqdır Idman.biz
11 avqust 2025, 18:50
- ↺ +

Çimərlik futbolu millisinin məqsədi A divizionuna vəsiqə qazanmaqdır

"Azərbaycanın çimərlik futbolu millisinin Avropa Superfinalında əsas məqsədi A divizionuna vəsiqə qazanmaq olacaq".

İdman.biz xəbər verir ki, bunu Report.az-a açıqlamasında yığmanın baş məşqçisi Sahib Məmmədov deyib.

Mütəxəssis B divizionunda püşkatmanın nəticələrini də dəyərləndirib: "Belçika və Litva milliləri ilə eyni qrupa düşmüşük. Digər qrupda isə Qazaxıstan, Rumıniya, Malta olacaq. Daha əvvəl İspaniyada keçirilən Avropa çempionatının I seçmə mərhələsində Belçika yığmasını böyük hesabla məğlub etmişdik. Amma Litvaya uduzmuşduq. Deyərdim ki, normal qrupdur. Ümid edirəm ki, maksimum nəticə ilə qrup birincisi, ən pis halda ikinci yerin sahibi kimi yarımfinala vəsiqə qazanacağıq. Yarımfinalda da digər qrupun ya birincisi, ya da ikincisi ilə qarşılşacağıq. Məqsədimiz A divizionuna vəsiqə qazanmaqdır. Eyni zamanda, hədəfimiz finalda qələbə qazanıb B divizionunun çempionu olmaqdır".

Məmmədov komandada ciddi dəyişiklik edilmədiyini deyib: "Əlimizdən gələni edəcəyik. Demək olar ki, İspaniyada oynadığımız heyətlə İtaliyaya gedəcəyik. İnanıram ki, komanda həm A divizionuna yüksələcək, həm də Azərbaycana B divizionunun çempionu kimi qayıdacaq".

Qeyd edək ki, Azərbaycan millisi B divizionunda Litva və Belçika komandaları ilə mübarizə aparacaq. Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Futbol
Bu gün, 09:08

“Çelsi” Estevao Villianın PSJ-yə icarəsi üçün üç şərt təqdim edib

Güləş
Bu gün, 09:04

Azərbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsi iki oyunla yekunlaşdırılacaq

Futbol
Bu gün, 08:40

Zenit'in 26 yaşlı mərkəz müdafiəçısı Nuralı Alip Galatasaray'a keçə bilər

Futbol
Bu gün, 08:12

Real Madrid futbolçusunun Valverde'nin sağlamlığına dair narahatlığa son

Futbol
Bu gün, 08:00

Paris Klubu 20 yaşlı əlcəzairli futbolçuya ciddi maraq göstərir

Futbol
Bu gün, 07:13

Karvaxal: Real Madriddə bəzən münaqişələr əlbəyaxa döyüşə qədər yüksəlirdi

Futbol
Bu gün, 06:23

Real Madrid, Mbappe qalmaqalını həll etmək üçün La Liqanın köməyi təklifini rədd etdi

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Futbol
Bu gün, 02:33

Liverpool və Manchester City penalti seriyasında qalib, Bornmu, Kristal Palas və Sanderlend 1/4 finala yüksəldi

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Oxşar xəbərlər