top
Araz-Naxçıvan Çempionlar Liqasında pley-offa çıxsa, yeni transfer olacaq Sport24.az
21 avqust 2025, 16:20
- +

"Araz-Naxçıvan" Çempionlar Liqasında pley-offa çıxsa, yeni transfer olacaq

Yeni mövsümdə ölkəmizi futzal üzrə Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqovun AZƏRTAC-a danışıb. Sport24.az həmin müsahibəni təqdim edir.

 

- Yeni mövsümə hazırlığınız necə gedir?

- Ötən ayın 26-dan komanda, tam heyətlə olmasa da, məşqlərə start verib. Yeni mövsümə hazırlıqlarımızı davam etdiririk. Artıq bütün heyət bir yerdədir. Əhval-ruhiyyəmiz çox yaxşıdır. "Neftçi" ilə yoxlama oyunu keçirmişik. Bu gün onlarla yenidən qarşılaşacağıq. Harada boşluqlar varsa, onları hazırlıq matçlarında görüb, ortaya çıxarmaq istəyirik. Mübarizə aparacağımız bütün turnirlərdə iddialıyıq. Federasiya da kluba avrokuboklarda uğur qazanmaq üçün əlindən gələn köməyi edir.

 

- "Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində avqustun 27-də Şimali İrlandiyanın "Sparta Belfast", bir gün sonra Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" (Avstriya) kollektivi ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?

- Hazırda müşahidələrimizi aparırıq. Çempionlar Liqasına yüksək səviyyədə hazırlaşırıq. Bildiyiniz kimi, son illər bu turnirdə istədiyimiz nəticələri əldə edə bilmirik. Əslində, oyunları yaxşı keçiririk, lakin sonda nəsə problem yaşanır və məğlub oluruq. Məşqçilər korpusu keçmiş matçların videoyazısını izləyir. Komandaya inam böyükdür.

 

- Problem deyərkən nəyi nəzərdə tutursunuz?

- Düşünürəm ki, burada məşqçilər korpusunun müəyyən səhvləri olurdu. Taktika və oyunçu cəhətdən rəqiblərdən geri qalırdıq. Məsələn, ötən mövsüm İsveç təmsilçisi "Uddevalla" ilə keçirdiyimiz görüşün favoriti "Araz-Naxçıvan" sayılırdı. Lakin kiçik səhvlərə görə rəqib bizi məğlub etmişdi. Harada səhvə yol verdiyimizi yaxşı analiz edib, bu il həmin şeyləri təkrarlamaq istəmirik. Baş məşqçi Yevgeni Kukseviçin yanındayıq. Çempionlar Liqasında uğurlu nəticə qazanmaq üçün ona daim dəstək oluruq.

 

- Yeni transferlərin olacağı gözlənilir?

- Hazırda heyətimiz tam olaraq komplektləşib. Çempionlar Liqasına 14 oyunçu apara bilirik. Heyətdə 8 yerli və 7 legioner oyunçu var. U-19 komandasından gənc qapıçını ehtiyat qüvvə üçün Bakıda saxlayacağıq. Əgər qrup mərhələsindən pley-offa çıxsaq, daha bir transfer olacaq.

 

- Azərbaycan Futzal Liqasında hədəfləriniz nədir?

- Yenidən çempion olub, Azərbaycanı Avropada təmsil etmək istəyirik.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:05

Napoli Alleqrinin rəhbərliyi altında debüt matçında Arezzoya uduzub

Futbol
Bu gün, 01:45

Vilyam Saliba onurğa zədəsi ilə mübarizə aparmağa davam edir

Futbol
Bu gün, 01:26

Konfrans Liqasında “Başakşehir” və “Neftçi”nin rəqibləri müəyyənləşib

Futbol
Bu gün, 01:06

FİFA DÇ-2026-nın simvolik komandası açıqlanıb

Futbol
Bu gün, 00:47

“Liverpul”un gələcək sahibləri Vinisius və Oliseni transfer etməyə hazırdılar

Futbol
Bu gün, 00:29

Zinəddin Zidanın Fransa millisinin baş məşqçisi təyinatının elan tarixi açıqlanıb

Futbol
Bu gün, 00:10

Ferran Torres “Barselona”nı tərk edə bilər

Futbol
Dünən, 23:51

Mançester Yunayted Tçuameni ilə maraqlanır

Futbol
Dünən, 23:36

Devid Bekhemin DÇ-2026-da qazanacağı məbləğ açıqlanıb

Futbol
Dünən, 23:21

ABŞ-ın Federal Təhqiqat Bürosu Argentina Futbol Assosiasiyasının prezidentini saxlayıb

Futbol
Dünən, 23:18

“Kiminlə oynadığımızı bilirdik” – Şaqoyko

Futbol
Dünən, 22:52

CSKA baş məşqçisi “Qarabağ”la oyun haqqında danışdı

Futbol
Dünən, 22:09

Pau Kubarsi dünyanın ən bahalı futbolçusu olub

Tennis
Dünən, 21:39

Milli Mətbuat Günü münasibətilə „Baku Media Open” stolüstü tennis turniri keçirilib

Futbol
Dünən, 21:29

Zirənin yarımmüdafiəçisi Konfrans Liqası II təsnifat mərhələsinə dair fikirlərini bölüşdü

Futbol
Dünən, 21:24

“Kəpəz” Portuqaliyalı hücumçu ilə müqavilə imzaladı

Futbol
Dünən, 20:38

Karvan-Yevlax" "Səbail"dən futbolçu alıb

Futbol
Dünən, 20:38

"Karvan-Yevlax" "Səbail"dən futbolçu transfer edib

Futbol
Dünən, 20:38

Karvan-Yevlax "Səbail"dən futbolçu.transfer etdi

Futbol
Dünən, 20:07

"Kəpəz" Yaponiyalı Oyunçu ilə Vidalaşdı

Digər
Dünən, 19:52

İtaliyada idman jurnalisti qətlə yetirilib

Futbol
Dünən, 19:28

Per Mertezaker Almaniyaya yeni vəzifədə qayıdır

Futbol
Dünən, 19:21

Neymar komanda ilə oyun olmayan gün poker turnirində iştirak edib

Futbol
Dünən, 18:59

Beşiktaş Riçarlisonu heyətinə qatmaq istəyir

Oxşar xəbərlər