"Zirə" futbol klubunun yetirməsi Ramil Abdullayev karyerasını Birinci Liqa təmsilçisi "Xankəndi"də davam etdirəcək.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin yeni kluba keçidi rəsmiləşdirib.
Onunla müqavilənin müddəti bir mövsüm üçün nəzərə tutulub.
Qeyd edək ki, Abdullayev ötən "futbol ili"ndə "Şahdağ Qusar"ın formasını geyinib.