Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən "Zirə" futbol klubu növbəti yoxlama oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə Superliqasının təmsilçisi "Fatih Karagümrük"lə üz-üzə gəlib.
Oyun 1:0 hesabı ilə "Zirə"nin xeyrinə qurtarıb. Yeganə qolu ikinci hissədə George Papunaşvili vurub.
11:45
Bu gün Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən "Zirə" futbol klubu növbəti yoxlama oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə Super Liqa təmsilçisi "Fatih Karagümrük"lə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "qartallar" bundan əvvəl Türkiyənin "Iğdır" və Özbəkistanın "Navbahor" klubları ilə keçirdiyi yoxlama oyunlarında eyni hesabla - 3:4 - məğlub olublar. "Zirə" iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.