top
“Liverpul” van Deykinin iki il uzatma tələbinə razı deyil, “Milan” fürsət gözləyir Idman.biz
Bu gün, 20:29
- ↺ +

“Liverpul” van Deykinin iki il uzatma tələbinə razı deyil, “Milan” fürsət gözləyir

İtaliyanın "Milan" klubu "Liverpul"un kapitanı Vircil van Deykin transferi üçün yaranmış vəziyyətdən yararlanmaq istəyir.

İdman.Biz "SportItalia"ya istinadən xəbər verir ki, 35 yaşlı niderlandlı müdafiəçi İngiltərə təmsilçisi ilə yeni müqavilənin müddəti barədə razılığa gələ bilmir.

Van Deyk mövcud müqaviləsini daha iki il uzatmaq istəyir. "Liverpul" isə futbolçunun yaşını və müdafiə xəttinin gələcək planlaşdırılmasını nəzərə alaraq bu tələbi qəbul etməyə tələsmir. Klubun müqaviləni yalnız bir il uzatmağa üstünlük verdiyi bildirilir.

Yaranmış vəziyyəti "Milan" rəhbərliyi diqqətlə izləyir. İtaliya klubunun sahibi Cerri Kardinale təcrübəli müdafiəçini komandasında görmək istəyir. Tərəflər razılığa gəlməsələr, "Milan" 2027-ci ilin yayında futbolçunu azad agent kimi heyətinə qata bilər.

Bununla belə, mümkün transferin maliyyə tərəfi ciddi əhəmiyyət daşıyır. Van Deykin yüksək maaşı, imza bonusu və digər xərclər İtaliya klubu üçün əlavə yük yarada bilər.

Hazırda "Milan"la futbolçu arasında konkret danışıqlar aparıldığı barədə məlumat yoxdur.

Qeyd edək ki, 2018-ci ilin yanvarından "Liverpul"da çıxış edən van Deykin müqaviləsi 2027-ci ilin yayında başa çatır. Müdafiəçi cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:27

Arsenalın vingeri Bukayo Saka 2 ay müddətinə komandadan kənarda qalacaq

Futbol
Bu gün, 20:21

Ruy Jorje: U-20 Milli Komanda İraqla 2:1 məğlub oldu, amma dünya çempionatına hədəf

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Futbol
Bu gün, 19:07

Liverpulun baş məşqçisi Soboslai'nin oyun üçün hazır olduğunu bildirdi

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Oxşar xəbərlər