top
Ruy Jorje: U-20 Milli Komanda İraqla 2:1 məğlub oldu, amma dünya çempionatına hədəf Sport24.az
Bu gün, 20:21
- ↺ +

Ruy Jorje: U-20 Milli Komanda İraqla 2:1 məğlub oldu, amma dünya çempionatına hədəf

Azərbaycanın U-20 milli komandası İraq seçməsinə 2:1 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ruy Jorje matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

 

Hər iki komandanın göstərdiyi oyun bundan əvvəlki matçla müqayisədə daha yaxşı idi. Çox gözəl, fantastik stadionda oynadıq. Yaxşı oyun oldu, rəqabət var idi.


- 8-9 aya bu cür komanda formalaşdırmısınız. Oyunun sxemi, skeleti var. Problem sadəcə oyunçu keyfiyyətidir ki, bunun üçün də edəcəyiniz bir şey yoxdur yəqin?


- Yalnız işimizlə daha da yaxşı ola, inkişaf edə bilərik. Necə ki, əzmlə işləyirik, buna davam edəcəyik. Əlbəttə ki, bütün oyunçular eyni keyfiyyətə malik deyillər. Amma əlimdə olan bütün futbolçular inkişaf edir, artırırlar. Bu da mənim üçün vacib amildir. Bu cür oyunçularla dünyanın sonuna da gedə bilərəm. İnanın ki, məşqin hər saniyəsində düzgün işləməyə çalışırlar, inkişaf etmək istəyirlər. Məşq prosesində də səhvlər olur, bunun üzərində çalışırıq, düzəlişlər edirik. Mənim futbola öz baxış bucağım var. İstəyərəm ki, buradan gedəndə oyunçular daha da inkişaf etmiş olsunlar.


- Lorenzo Mezzettore A milli komandaya gəlmədi. Onun İtaliyanın U-20 yığmasına getmək ehtimalı var. Azərbaycana İtaliya yığmasının heyətində gəlməsi ehtimalı sizi narahat edir?


- Deməzdim ki, mənim oyunçum olub. U-20 yığmasında mənimlə birlikdə olmayıb. Sözsüz ki, onu tanıyıram, necə oyunçu olduğunu bilirəm.


Əli Bəşirovu əvəzləməyiniz fiziki hazırlıqla bağlı idi?


- Hər bir futbolçudan istifadə etmək istəyirəm. Dəyişiklik hansısa yorğunluqla bağlı deyildi. Əli Bəşirov çox yaxşı oyunçudur. Daim inkişaf edir. Bunlar onun inkişafına kömək edəcək.


- Azərbaycan U-20 yığmasını dünya çempionatında hücum futbolu oynayan, yoxsa rəqibini gözləyən, daha çox əks-hücumlara üstünlük verən komanda kimi görəcəyik? Bu futbolçularla necə oynamaq mümkündür?


- Bir matç iki komandanın oyunundan ibarətdir. Azərbaycan millisi bu dünya çempionatında təşkilatçı ölkə kimi iştirak edəcək. Rəqiblərin hamısı seçmə mərhələləri adlayaraq gələcəklər. Necə oynayacağımızı indidən demək məntiqsiz olardı. Əlbəttə ki, işimizi görəcəyik. Oyunumuz yaxşı alınsa, bu, məni daha çox sevindirəcək. Ən çox istədiyim odur ki, Azərbaycan xalqı qürur hissi keçirsin. Ali məqsədim odur ki, bunu dünyaya göstərə bilək: azərbaycanlılar da futbol oynaya bilirlər, yaxşı çıxış edirlər.


Qəbələdə Yaponiya ilə oyundan bu yana yığma komandada hansı dəyişikliklər var?


Çox yaxşı hazırlıqlı kollektivimiz var. Amma yenə də bilirəm ki, bu, hələ kifayət deyil. Oyunçuların səviyyəsini bilirəm. Ona görə də hələ qane olmuram.

 

- Növbəti toplanışları ölkə xaricində keçirmək, Portuqaliyaya getmək kimi planınız var?


- Çox istəyirəm ki, toplanışlarımızın hamısını burada keçirək. Bəzən bizdən asılı olmayan səbəblərdən, şəraitlə əlaqədar olaraq, ölkə xaricində də toplanış keçirə bilərik. Yanvarda burada şərait o qədər də uyğun olmur, hava soyuq olur. Bunu nəzərə alaraq, ölkə xaricində toplanış keçirə bilərik.


- Bu istəyiniz nə ilə əlaqədardır?


- Çünki Azərbaycanda çox yaxşı şərait var. Hazırda buradayıq, dünya çempionatı da burada olacaq. Şərait məni qane edir. Fürsətdən istifadə edib bütün klublara təşəkkür edirəm. Hazırda FIFA təqvimindən kənar təşkil olunmuş toplanışdır. Məsələn, "Sumqayıt" bu gün oyuna çıxacaq, amma dörd futbolçusu bizimlə toplanışdadır. Bu toplanış bizim üçün çox vacib idi. Klublardan üzr istəyirəm ki, bəlkə də hansısa planlarını pozmuşuq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:29

“Liverpul” van Deykinin iki il uzatma tələbinə razı deyil, “Milan” fürsət gözləyir

Futbol
Bu gün, 20:27

Arsenalın vingeri Bukayo Saka 2 ay müddətinə komandadan kənarda qalacaq

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Futbol
Bu gün, 19:07

Liverpulun baş məşqçisi Soboslai'nin oyun üçün hazır olduğunu bildirdi

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Oxşar xəbərlər