"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo dünyada ən çox qazanan portuqaliyalı futbolçudur. Sport24.az xəbər verir ki, 41 yaşlı oyunçu Səudiyyə klubunda ildə 208,4 milyon avro qazanır. Bu, hazırda dünya futbolunda ən yüksək maaşdır.
İlk "beşliy"ə "Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neves (20,9 milyon avro), "Mançester Yunayted"dən Brunu Fernandeş (19,5 milyon avro), "Əl-Nəsr"in vingeri Joao Feliks (17,5 milyon avro) və "Real"ın yarımmüdafiəçisi Bernardo Silva (16 milyon avro) daxildir.
Qeyd edək ki, ən çox qazanan 20 portuqaliyalı futbolçunun ümumi illik maaşı 436,9 milyon avro təşkil edir. Bu rəqəm digər bütün ölkələrin göstəricilərindən daha yüksəkdir.