top
Unai Emeri VAR-a sərt reaksiya: Bu, dəlilikdir, izah verməlidirlər! Sport24.az
01 may 2026, 13:20
- ↺ +

Unai Emeri VAR-a sərt reaksiya: "Bu, dəlilikdir, izah verməlidirlər!"

"Aston Villa"nın baş məşqçisi Unai Emeri Avropa liqasının yarım-final matçınan sonra hakim idarəçiliyinə, xüsusilə də VAR sisteminə qarşı kəskin ittihamlarla çıxış edib. Sport24.az xəbər verir ki, ispan mütəxəssis Andersonun Ollie Uotkinsə qarşı etdiyi kobudluğun cəzasız qalmasına sərt etirazını bildirib.

 

​Matç zamanı baş hakimin qərarları ilə bağlı ciddi problemi olmadığını deyən Emeri, epizodun təkrarını izlədikdən sonra fikrinin tamamilə dəyişdiyini vurğulayıb:

 

​"Oyun zamanı özümü rahat hiss edirdim, hakimin yaxşı idarəçilik etdiyini düşünürdüm. Lakin epizodu yenidən izləyəndən sonra dəhşətə gəldim. Bu, VAR-ın birbaşa məsuliyyətində olan məqamdır. Belə bir müdaxilə futbolçunun ayağını sındıra bilərdi. Ollie az qala ağır zədə alacaqdı. Bu, çox böyük, bağışlanılmaz bir səhvdir!"

 

Təcrübəli mütəxəssis texnologiyanın düzgün istifadə edilməməsindən narazılığını bu sözlərlə ifadə edib:

 

"VAR-ın böyük məsuliyyəti var və bizə bu barədə izah verməlidirlər. Bu, sadəcə dəlilikdir!"

 

"Mən 20 ildir məşqçilik edirəm və VAR-ı 100% dəstəkləyirəm. Amma o, ədalətli və düzgün tətbiq olunmalıdır."

 

"Meydandakı hakim epizodu mənim kimi təkrar izləyə bilmir. Məhz buna görə VAR müdaxilə etməli idi. Belə bir epizodda heç bir şübhə ola bilməz. Sual verirəm: VAR haradadır?"

 

Qeyd edək ki, sözügedən mübahisəli epizod və Emerinin bu kəskin açıqlamaları həm Britaniya mətbuatında, həm də sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:50

“Bernardo Silva nə vaxtsa “Benfika”nın prezidenti olacaq”

Futbol
Bu gün, 16:46

“Barselona” Bakı şəhərinin görməli yerlərindən video hazırlayıb - VİDEO

Futbol
Bu gün, 16:40

Son qərar ərəfəsində Mərakeş Seneqalı CAS arbitri ilə qeyri-qanuni əlaqələrdə ittiham edib

Qarabağ FK
Bu gün, 16:40

“Sabah”la “Barselona”nı müəllim idarə edəcək - O gələndə bizimkilər uduzur

Digər
Bu gün, 16:29

Azərbaycanlı alpinist Elmira Aslanova Ama Dablam zirvəsini fəth etdi – FOTO

Güləş
Bu gün, 16:23

Azərbaycan güləşçisi dopinqə görə 3 il diskvalifikasiya edildi

Futbol
Bu gün, 16:20

"Mançester Yunayted"in hücumçusu qışda İtaliya klubuna keçə bilər

Futbol
Bu gün, 16:08

Rəhman Daşdəmirov: Barselona nın gücü ulduzlardan çox, komandadan gəlir

Güləş
Bu gün, 16:00

Güləşçimiz ağır cəza aldı

Futbol
Bu gün, 16:00

Azərbaycan millisində kapitanlıq QALMAQALı: Ona kimlər mane olub? - VİDEO

Futbol
Bu gün, 16:00

Şahin Diniyev: “Sabah”dan sensasiya gözləmək absurddur”

Futbol
Bu gün, 15:57

“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video

Futbol
Bu gün, 15:53

“Gəncəbasar”ın müdafiəçisi qələbə vəd etdi

Şahmat
Bu gün, 15:50

Dommaracu ilə Sindarovun mübarizəsi başlayır

Qarabağ FK
Bu gün, 15:46

BFF və AFFA-nın dəstəyi ilə 5-ci D kateqoriyalı məşqçi kursu başladı

Futbol
Bu gün, 15:40

Musialanın səhhəti və “Bavariya” ilə müqaviləsi barədə yeni detallar

Digər
Bu gün, 15:30

Mərakeş Seneqala qarşı CAS-la qanunsuz əlaqələr saxlamaq ittihamı irəli sürdü

Futbol
Bu gün, 15:30

Xankəndi vloqu – VİDEO

Futbol
Bu gün, 15:29

Türkiyə millisinin keçmiş futbolçusu gözlənilmədən karyerasını dayandırdı

Futbol
Bu gün, 15:20

Vilyarrealın futbolçusu Natan Saliba "Sabah"la oyunu buraxacaq

Futbol
Bu gün, 15:20

Bayern'in idman direktoru Olise ilə Real arasındakı danışıqların olmadığını açıqladı

Futbol
Bu gün, 15:20

Barselona, Vilyarreal məhkəməsində qırmızı kart üçün şikayət edəcək

Futbol
Bu gün, 15:12

“İstənilən dövrdə “Barselona” ilə oynamaq çox çətindir” - Vəli Qasımovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 15:08

“Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı

Oxşar xəbərlər