top
Araz-Naxçıvanın fransalı hücumçusu: Sabahın yorğunluğuna güvənmək istəmirik, qələbəyə inanırıq Sportinfo.az
Bu gün, 19:00
- ↺ +

"Araz-Naxçıvan"ın fransalı hücumçusu: "Sabah"ın yorğunluğuna güvənmək istəmirik, qələbəyə inanırıq"

"Barselona"ya məğlub olan "Sabah" diqqətini növbəti qarşılaşmaya yönəldib.

Paytaxt təmsilçisinin qarşıdakı rəqibi Premyer Liqanın autsayderi, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Araz-Naxçıvan"dır.

Naxçıvan təmsilçisi sonuncu pillədə yer alsa da, keçirdiyi oyunlarda rəqiblərinə qarşı layiqli mübarizə aparmaq gücündə olduğunu göstərib.

Xüsusilə ilk dövrədə "Sabah"la qarşılaşmada rəqibinə çətin anlar yaşatmağı bacarmışdı. Qəbələdə baş tutan görüşdə "bayquşlar" minimal hesablı qələbəyə (1:0) çətinliklə nail olmuşdu.

Budəfəki qarşılaşmanın fərqli ssenari üzrə keçəcəyi gözlənilir.

Belə ki, "Sabah" Çempionlar Liqasında "Barselona" ilə ağır oyundan çıxıb. Qarşısındakı rəqib cari mövsümdə qələbə qazana bilməyən, qalibiyyətə həsrət qalan "Araz-Naxçıvan"dır.

"Ağ-qırmızılar"ın əsas heyət üzvlərindən olan fransalı hücumçu Mohamed Mara qarşıdakı görüşlə bağlı fikirlərini Sportinfo.az-a bölüşüb:

"Məqsədimiz uğursuz seriyaya son qoymaq və nəhayət, "Sabah"üzərində ilk qələbəmizi qazanmaqdır. Bilirik ki, asan oyun olmayacaq.

"Sabah"güclü komandadır. Bununla belə, yaxşı hazırlaşmışıq və öz gücümüzə inanırıq.

Meydanda əlimizdən gələni edəcək, qətiyyətlə oynayacaq və istədiyimiz nəticəni əldə etmək üçün sona qədər mübarizə aparacağıq.

Bəli, ‘Sabah" ‘Barselona"ya qarşı çox ağır oyun keçirdi və bu matçda xeyli enerji sərf etmiş ola bilər. Ancaq biz rəqibin mümkün yorğunluğuna güvənmək istəmirik.

"Sabah" keyfiyyətli futbolçulardan qurulmuş güclü heyətə malikdir və onların bizimlə oyuna hazır vəziyyətdə çıxacağını gözləyirik.

Əsas diqqətimiz öz oyunumuzda, taktiki planımızda və qarşılaşma zamanı yaranacaq hər fürsətdən maksimum yararlanmaqdadır".

Qeyd edək ki, noyabrın 28-də "Sabah Arena"da keçiriləcək "Sabah" – "Araz-Naxçıvan" görüşü saat 19:00-da başlayacaq.

HƏBİB

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:12

Flik "Barselona"nın 17 yaşlı istedadını əsas komandaya cəlb etdi

Futbol
Bu gün, 19:08

"Rayo Valyekano" "Betis" üzərində ilk səfər qələbəsini əldə etdi

Futbol
Bu gün, 19:08

Turan Tovuzun "Kəpəz"ə qarşı qələbəsi – Berdıyev: Oyun həmişə çətin keçir

Futbol
Bu gün, 19:08

Kurban Berdiyev: "Kəpəzə qarşı vacib qələbə qazandıq"

Futbol
Bu gün, 18:57

Samsunspor Gənclərbirliyini 3:1 hesabı ilə məğlub etdi

Basketbol
Bu gün, 18:57

Keçmiş oyunçu "Sabah"a qayıtdı

Futbol
Bu gün, 18:55

"Azərbaycandan iki futbolçu Türkiyə I Liqasında üz-üzə gəldi"

Futbol
Bu gün, 18:50

"Əl Nəsr" ardıcıl 100 oyunda qol vurmaqla dünya rekorduna imza atdı

Futbol
Bu gün, 18:49

Azər Məmmədov: "Turan Tovuz" qarşısında geri qalmadıq

Futbol
Bu gün, 18:48

"Milan", "Yuventus" və "Roma" "Sportinq"in yunanıstanlı hücumçusu Fotis İoannidisi transfer etmək istəyirlər

Futbol
Bu gün, 18:40

«Hypers» – «Şirvan»: 1:1 (videoicmalı)

Futbol
Bu gün, 18:40

Luis Holl ‘Liverpul"un hədəfi

Digər
Bu gün, 18:33

"16 yaşlı çapar son pillədən zirvəyə qalxdı, iki yarışın qalibi oldu"

Futbol
Bu gün, 18:20

Sneyderin Mükafatları Hərracda Satılır

Futbol
Bu gün, 18:20

"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado Səudiyyə və Türkiyə klublarının təkliflərini rədd etdi

Futbol
Bu gün, 18:19

Azərbaycan 2-ci liqasında 13-cü tur başladı

Qarabağ FK
Bu gün, 17:51

"Şamaxı-2 6-1lə Neftçi-2‑ni məğlub etdi"

Futbol
Bu gün, 17:49

"Sabah" - "Araz-Naxçıvan" matçının start heyətləri açıqlanıb

Futbol
Bu gün, 17:40

Mingəçevirdə maaş böhranı dərinləşib — futbolçular məşqi boykot edir

Qarabağ FK
Bu gün, 17:36

"Zirə"nin braziliyalı qapıçısı: "Komandama maksimum kömək edəcəyəm" – MÜSAHİBƏ

Futbol
Bu gün, 17:33

Batum hava limanında türk və israilli azarkeşlər arasında gərginlik yaranıb

Futbol
Bu gün, 17:30

Arteta "Mançester Siti" qarşılaşması öncə Mareskanı "çox yaxşı strateq" adlandırıb

Futbol
Bu gün, 17:29

«Bavariya»da Musialanın zədəsi və səhhət problemi komandada narazılıq yaradıb

Oxşar xəbərlər