Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ardıcıl 100 oyunda qol vuran ilk komanda olub.
Sportify.az xəbər verir ki, bu tarixi göstərici Pro Liqada XIII turun "Əl Həzm"lə görüşündə qeydə alınıb.
"Əl Nəsr"in 1:0 hesablı qələbə qazandığı matçda yeganə qolu 26-cı dəqiqədə yarımmüdafiəçi Samu Koşta vurub.
Ər Riyad təmsilçisi bununla liqa matçlarında ardıcıl qol vurmaq üzrə dünya rekordunu təkbaşına ələ keçirib. Klubun açıqlamasında 100 oyunun hər birində hesab tablosunda "Əl Nəsr"in qolunun əks olunduğu vurğulanıb.
Qeyd edək ki, "Əl Nəsr" 2026-cı ilin sentyabrında ardıcıl 94 oyunda qol vurmaqla Argentina "River Pleyt"inin 1936 – 1939-cu illərdə müəyyənləşdirdiyi 93 matçlıq göstəricini geridə qoymuşdu.