"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado yayda Səudiyyə Ərəbistanına yollanmaqdan imtina edib.
Sportinfo.az xəbər verir ki, hazırda icarə əsasında "Deportivo"da çıxış edən ispaniyalı futbolçu ilə bağlı "Diario Sport" nəşri məlumat yayıb.
Yayda 23 yaşlı yarımmüdafiəçiyə Səudiyyə Ərəbistanının bir neçə klubundan, eləcə də Türkiyə təmsilçilərindən sərfəli təkliflər gəlib. Ancaq Kasado üçün pul heç vaxt prioritet olmayıb.
O, yüksək səviyyədə futbol oynamağa davam etmək və La Liqada qalmaq istəyib. Nəticədə, futbolçu məcburi satınalma şərti olmadan icarə əsasında "Deportivo"ya keçib.
Kasado cari mövsümdə İspaniya çempionatında 5 oyunda meydana çıxıb.