"Nyukasl"ın müdafiəçisi Luis Holl "Liverpul"un transfer hədəfinə çevrilib.
Sportinfo.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Mersisayd təmsilçisi 22 yaşlı futbolçuya ciddi maraq göstərir.
Miloş Kerkezin inamsız oyunu fonunda Holl artıq klubun əsas transfer hədəflərindən birinə çevrilib. Bununla belə, "Mançester Yunayted" də müdafiəçinin xidmətində maraqlıdır.
"Nyukasl" isə qışda futbolçunu satmaq niyyətində deyil. Hətta klub potensial alıcıları fikrindən daşındırmaq üçün Hollun transfer qiymətini 80 milyon avro müəyyənləşdirib. Bununla belə, keçidin gələn yay baş tutması istisna edilmir.
İngiltərəli müdafiəçi cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.