İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Hans Flik 17 yaşlı yarımmüdafiəçi Orian Qoreni əsas komandanın məşqinə cəlb edib.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis Mark Bernal və Fermin Lopesin yoxluğu səbəbindən gənc futbolçuya üz tutub.
Lopes iki oyunluq cəzalandırılıb, Bernal isə səhhətindəki yüngül narahatlıq səbəbindən "Deportivo" ilə qarşılaşmada iştirak etməyəcək.
Qoren mövsümöncəsi hazırlıq dövründən etibarən mütəmadi olaraq əsas komandanın məşqlərinə qatılır. O, "Real Madrid" və "Aston Villa" ilə qarşılaşmaların iştirak ərizəsinə daxil edilsə də, hələ debüt etməyib.
İsrailin U-21 millisinin üzvü cari mövsümdə "Barselona Atletik"in heyətində səkkiz oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Deportivo" - "Barselona" qarşılaşması noyabrın 29-da keçiriləcək.