İtaliyanın "Milan", "Yuventus" və "Roma" klubları "Sportinq"in yunanıstanlı hücumçusu Fotis İoannidisi transfer etmək istəyirlər.
İdman.Biz xəbər verir ki, hər üç klubun 26 yaşlı futbolçunun yanvarda mümkün keçidi ilə bağlı məlumat aldığı bildirilir. Mərkəz hücumçusu axtaran İtaliya təmsilçilərinin siyahısında İoannidis ön sıralarda yer alır.
"Milan"ın baş məşqçisi Ruben Amorim yunanıstanlı forvardın oyun keyfiyyətlərini yüksək qiymətləndirir. Portuqaliyalı mütəxəssis hələ "Sportinq"i çalışdırdığı dövrdə, 2024-cü ilin yayında onu komandasında görmək istəyib. Amorim həmin vaxt futbolçu ilə əlaqə saxlayaraq taktiki planlarını da izah edib. Lakin hücumçunun Lissabon klubuna keçidi yalnız növbəti il reallaşıb.
İoannidis hazırda "Sportinq"də Luis Suaresin əvəzləyicisi sayılır. O, cari mövsüm keçirdiyi 16 oyunun yalnız beşinə start heyətində başlayıb. Hücumçu bu görüşlərdə üç qol vurub və iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Panatinaikos"un sabiq futbolçusu sosial şəbəkələrə xüsusi maraq göstərmir. Onun əsas hobbisi şahmatdır.