top
Sabahdan ayrılan Boyan Letiç: Ayrılıq səbəbi, Bakı xatirələri və tıxaclar - MÜSAHİBƏ Idman.biz
14 yanvar 2026, 10:48
- ↺ +

"Sabah"dan ayrılan Boyan Letiç: Ayrılıq səbəbi, Bakı xatirələri və tıxaclar - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının lideri "Sabah" bir neçə gün öncə bosniyalı futbolçu Boyan Letiçlə yolları ayırdı. 2022-ci ilin fevralından "bayquşlar"ın üzvü olan 33 yaşlı müdafiəçi ümumilikdə 125 oyun keçirib, həm də klubun tarixində önəmli rol oynayıb. Letiç "Sabah"ın tarixində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də avrokuboklarda ilk qolunun müəllifidir.

O, teleqraf.az-a müsahibəsində həm ayrılığının səbələri, həm də digər sualları cavablandırıb.

- "Sabah"dan niyə ayrıldınız?

- Premyer Liqanın ikinci turunda "Şamaxı" ilə oynayacaqdıq. Mən həmin oyundan üç gün əvvəl biləyimi zədələdim və nəticələr göstərdi ki, iki aylıq fasilə etməliyəm. Yeddi gün sonra mənə dedilər ki, mənim yerimə əvəzləyici tapılıb və mən çempionat üçün PFL-də qeydiyyatdan keçməyəcəyəm.

- Futbolçu kimi hansı məqsədlərə nail oldunuz və hansı hədəfləriniz qalır?

- Mənim məqsədim ya İtaliyada, ya da İspaniyada oynamaq idi ki, buna nail oldum. Əlbəttə, hələ də məqsədlərim var, amma onlar barədə danışmaq istəmirəm.

- "Sabah"da sizi ən çox kim dəstəkləyirdi? Klubda kiməsə qarşı incikliyiniz olub?

- Heç kəsi seçməzdim, mənim həqiqətən hər oyunçu ilə yaxşı münasibətim olub. Hər kəslə düzgün münasibət qurmağa çalışmışam və hesab edirəm ki, bunu yerinə yetirdim. "Sabah"da çox xatirə qalan oyunlarım olacaq, amma Bakıdakı "Partizan"la oyunu seçərdim, çünki yaxşı oynadım və gözəl qol vurmuşdum.

- Azərbaycanda ən çox nəyi bəyəndiniz? Buranın mətbəxi ilə aranız necədir?

- Bakıda həddindən artıq tıxac var. İnsanlar çox təhlükəli sürürlər. Yəni izdiham çoxdur. Yemək məsələsinə gəlincə, yaxşı yeməklər var, amma onlar mənim üçün çox ağırdır. Mən daha yüngül yeməkləri sevirəm. Açığı, Bakı məni müsbət mənada çox təsirləndirdi. İnsanlar pozitivdir, kömək etmək istəyirlər, bu məni sevindirir, siz mənim ölkəmdəki insanlara oxşayırsınız.

- Sonda Bakıdan hansı xatirələrlə ayrılırsınız?

- Mən Bakıya heyranam, gözəl, müasir şəhərdir. Səmimi olaraq ümid edirəm ki, gələcəkdə bu şəhəri ziyarət etmək şansım olacaq. Və o, həmişə qəlbimdə xüsusi bir yer olaraq qalacaq.

- "Sabah" azarkeşlərinə nə demək istərdiniz?

- Mən onlara təşəkkür edirəm ki, bütün bu illər ərzində mənə dəstək oldular. Ümid edirəm ki, onların gözləntilərini qarşıladım və məni yaxşı xatırlayacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Oxşar xəbərlər