top
Ramon Maçado: Yeni məşqçi barədə mənfi nəsə deyə bilmərəm, avrokuboklara düşə bilməmək məyus edir Idman.biz
14 may 2026, 15:33
- ↺ +

Ramon Maçado: Yeni məşqçi barədə mənfi nəsə deyə bilmərəm, avrokuboklara düşə bilməmək məyus edir

"Yeni məşqçi barədə mənfi nəsə deyə bilmərəm".

Bunu "Araz-Naxçıvan"ın hücumçusu Ramon Maçado futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Komanda mövsümə yaxşı başlamışdı və hətta avrokuboklara vəsiqə qazanmaq şansı var idi. Sonradan nə baş verdi ki, komanda həmin zonadan uzaqlaşdı?

– Bu mövsüm komandaya daha çox maliyyə yatırımı edilmişdi və məqsəd yenə də avrokuboklara vəsiqə qazanmaq idi. Amma qış fasiləsindən sonra komandamızın oyununda ciddi eniş oldu. Mən özüm də həm şəxsi, həm də komanda hədəflərini həyata keçirə bilmədim. Türkiyədə mövsümöncəsi hazırlıq zamanı ciddi zədə aldım və bundan sonra əvvəlki formama qayıtmaq mənim üçün çox çətin oldu.

– Baş məşqçi dəyişikliyi komandaya təsir göstərdimi?

– Yeni məşqçi barədə mənfi nəsə deyə bilmərəm. Onun öz iş metodu və futbol ideyaları var. Amma indiyə qədər istədiyimiz nəticələri əldə edə bilməmişik.

– Keçən mövsüm avrokuboklarda çıxış etmişdiniz. Bu mövsüm ora düşə bilməmək sizi məyus edir?

– Bu, böyük məyusluqdur. Məqsəd yenə də ilk "3-lük"də yer almaq idi. Komanda da məhz yenidən avrokuboklara vəsiqə qazanmaq üçün qurulmuşdu. Bu məqsədə çata bilməmək həm komanda, həm də şəxsi olaraq bizi çox məyus edir.

– Gələn mövsüm üçün hədəfləriniz daha yüksək olacaq?

– Hələ gələn mövsümün necə olacağını bilmirik. Mənim müqaviləm başa çatır və klub müqavilənin uzadılması ilə bağlı mənimlə danışmayıb.

– Burada qalmaq istəyirsiniz, yoxsa daha yaxşı təklifləriniz var?

– "Araz-Naxçıvan"da iki mövsüm keçirdim və burada futbolçuları, rəhbərliyi, prezidenti çox sevirəm. Amma klubda qalıb-qalmayacağımı bilmirəm, çünki hələ heç bir əlaqə olmayıb. Azərbaycandan müəyyən maraq var, amma rəsmi təklif yoxdur. Aldığım təkliflərin çoxu Asiya klublarından olub. Hazırda bütün diqqətim son iki oyundadır. Gələcəyimlə bağlı qərarı isə mövsüm bitəndən sonra verəcəyəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Oxşar xəbərlər