"Strasburq" hazırkı baş məşqçi Uqo Oliveyranın komandadan ayrılacağı təqdirdə, "Suonsi"nin baş məşqçisi Vitor Matosu bu posta gətirmək üçün danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Devid Ornşteyn məlumat yayıb.
Mənbənin sözlərinə görə, Suonsi" rəhbərliyinin onu klubda saxlamaq cəhdlərinə baxmayaraq, 38 yaşlı portuqaliyalı mütəxəssis Fransa Liqa 1-də işləçəkdə maraqlıdır. Matosun rəhbərliyi altında komanda bu mövsüm Çempionşipdə keçirilən ilk 15 turda səkkiz qələbə qazanıb və hazırda turnir cədvəlində lider "Birmingem Siti"dən üç xal geri qalaraq altıncı pillədə qərarlaşıb.
Matos 2025-ci ildə Portuqaliyanın "Maritimu" klubundan "Suonsi"yə gəlib. Ötən mövsüm komanda onun rəhbərliyi altında turnir cədvəlində 20-ci yerdən 11-ci yerə qədər yüksəldib. Baş məşqçi kimi fəaliyyətə başlamazdan əvvəl o, "Portu" və "RB Zalsburq" klublarının sistemində çalışıb, 2019-2024-cü illər aralığında isə "Liverpul"da Yurgen Kloppun köməkçilərindən biri olub.
Qeyd edək ki, "Strasburq"un yeni baş məşqçiyə ehtiyac duymasına səbəb, ötən yay Qari O'Nilin yerinə təyinat alan Uqo Oliveyranın göstərdiyi nəticələrdir. Oliveyranın rəhbərliyi altında Fransa klubu liqada keçirdiyi ilk 10 matçdan yalnız 3-də qələbə qazana bilib. Hazırda 13-cü pillədə qərarlaşan komandanı, təhlükəli zonadan (aşağı liqaya düşmə zonasından) cəmi iki xal ayırır.