"Qarabağ" komandasının növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki matça çıxacaq. İlk rəqib Xotvatiya təmsilçisi "Osiyek" olacaq.
"Köhlən atlar" ardınca Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək. Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start götürəcək. Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla üstələyib.