"Qarabağ" komandasının növbəti yoxlama matçlarının başlama saatı müəyyənləşib.
İdman.Biz xəbər verir ki, "Qarabağ" Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki oyuna çıxacaq.
İlk rəqib Xotvatiya təmsilçisi "Osiyek" olacaq. "Köhlən atlar" ardınca Polşanın "Zaqlebye" klubu ilə qarşılaşacaq.
Birinci görüş saat 12:00-da, ikinci görüş isə 19:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla üstələyib.