top
Pokatilovun milliyə çağırılmaması Qazaxıstan mütəxəssislərini narahat edib Idman.biz
20 may 2026, 12:59
- ↺ +

Pokatilovun milliyə çağırılmaması Qazaxıstan mütəxəssislərini narahat edib

"Sabah" futbol komandasının qapıçısı Stas Pokatilov Qazaxıstan mətbuatının və futbol mütəxəssislərin diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, sports.kz təcrübəli qolkiperin Qazaxıstan millisinin Ermənistan və Macarıstanla oyunlar üçün açıqlanan geniş heyətinə salınmamasını təhlil edib və 33 yaşlı qapıçının bu mövsüm yığmaya dəvət almağa layiq olduğunu yazıb.

Qazaxıstanlı qapıçı Misli Premyer Liqasında 30 oyunda meydana çıxıb və 2700 dəqiqə meydanda olub. O, bu müddətdə 22 qol buraxıb. Ən diqqətçəkən məqam isə Pokatilovun "quru" oyun sayında liqanın liderləri sırasında yer almasıdır. O, portuqaliyalı Rikardu Fernandeslə birlikdə 13 matçda qapısını toxunulmaz saxlayıb.

Qazaxıstan yığmasının qapıçı siyahısında Temirlan Anarbekov, Bekxan Şayzada, Muxamedjan Seysen və Aleksandr Zarutski yer alıb. Pokatilov isə ötən ilin payızından sonra millidə oyun keçirməyib. O, son dəfə 2025-ci ilin iyununda Belarusla yoldaşlıq matçında meydana çıxıb.

Qazax idman mütəxəssisləri Pokatilovun kənarda qalmasını mübahisəli qərar kimi qiymətləndirirlər. Çünki "Sabah"ın kapitanı karyerasının ən uğurlu mövsümlərindən birini keçirib, çempion komandanın lideri olub və statistik göstəricilərinə görə liqanın ən güclü qapıçılarından biri kimi seçilib.

Qazaxıstanlı mütəxəssis Bulat Yesmagambetov da Pokatilovun çıxışını yüksək qiymətləndirib. O, təcrübəli qapıçını xaricdə oynayan ən uğurlu qazaxıstanlı futbolçu adlandırıb:

"Mən hesab edirəm ki, bu gün Stas Pokatilov xaricdə çıxış edən ən uğurlu qazaxıstanlı futbolçudur. O, Azərbaycanda "qızıl dubl" etdi, çempion və kubokun qalibi oldu. O, Qazaxıstanın bir nömrəli qapıçısıdır".

Yesmagambetov Pokatilovun müdafiəni idarə etmək bacarığını, komandanı xilas etməsini və liderlik keyfiyyətlərini xüsusi vurğulayıb. Onun sözlərinə görə, "Sabah" məhz Stasın simasında etibarlı qapıçı qazandığı üçün belə böyük uğura imza atıb.

Qazax mediası yazır ki, Pokatilov uzunmüddətli gələcək planı baxımından yox, məhz "indi və burada" prinsipi ilə milliyə fayda verə bilərdi. Təcrübəsi, forması və kapitanlıq xarakteri Qazaxıstan yığması üçün ciddi üstünlük ola bilərdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Samir Abasov: 'Sabah' 'Vikinq'ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq

Futbol
Bu gün, 13:00

Mahmud Qurbanov: "Kəpəz"in uğurlarında azarkeşlərinə dəstəyinin birbaşa rolu var

Futbol
Bu gün, 12:58

AFC 2027-ci il Asiya Kubokunun yeni tarixini 23 dekabr 2027 - 21 yanvar 2028 müəyyən etdi

Basketbol
Bu gün, 12:51

LeBron Ceyms Azarkeşlə Toqquşaraq Onun Şərabını İçdi – VİDEO

Futbol
Bu gün, 12:26

AFFA İntizam Komitəsi MOİK-in futbolçusu Zahid Mərdanovu 3 oyunluq, Samuel Nonqoh'u 1 oyunluq cəzalandırıb

Futbol
Bu gün, 12:26

Çempionlar Liqasında "Sabah"ın rəqibi olan "Vikinq"in iki bərabərhüquqlu baş məşqçisi diqqət çəkir

Futbol
Bu gün, 12:18

Şamaxı və Turan Tovuz meydanaya kənar şəxslərin daxil olması səbəbindən cərimələndi;

Qarabağ FK
Bu gün, 12:17

"Qarabağ" klubu 3000 manat pirotehnika, 1500 manat ad yazımı üçün cərimələnib

Qarabağ FK
Bu gün, 12:17

«Qarabağ»ın sabiq qapıçısı Koxalski Polşa Ekstraklasasının 13-cü turunun rəmzi heyətində

Futbol
Bu gün, 12:01

Arif Əsədov "Sabah"ın Viking üzərində səfərdə xal qazanacaacağını əminliklə bildirir

Digər
Bu gün, 12:00

Liverpul

Futbol
Bu gün, 12:00

Kəpəz futbolçuları Şəfa üzərində qələbəyə görə 1300 manat mükafat alıb

Futbol
Bu gün, 11:50

Azərbaycan Premyer Liqasında "Neftçi" – "Kəpəz" matçının biletləri 2 manatdan satışa çıxarıldı

Basketbol
Bu gün, 11:50

Dreymond Qrin NBA matcında rəqiblərlə münaqişəyə girərək meydandan qovuldu

Futbol
Bu gün, 11:42

Mbappe, TCuameninin azarkeşin başına çarpan sövqünü təsdiqlədirdi: 'O, səhv atır!'

Futbol
Bu gün, 11:41

Onana Türkiyə Super Liqasında ən yaxşı qapıçıdır

Futbol
Bu gün, 11:40

Mançester Yunayted azarkeşi olan model Maykl Kerrikin uğursuzluğuna qarşı sosial mediada növbəti aksiyaya başlayıb

Futbol
Bu gün, 11:38

Mahir Əmreli "Rakuvin" məhsuldar ötürməsi ilə qələbasına töhfə verdi

Futbol
Bu gün, 11:34

Patrik Dorq "Mançester Yunayted"də ümumi qrupda məşqləri bərpa etdi, "Roma"ya qarşı matça çıxmayacaq

Futbol
Bu gün, 11:21

Norveçin keçmiş qapıçısı Erik Torsvett: “Sabah” izləməkdən zövq alıram

Futbol
Bu gün, 11:14

Liverpulun hücumçusu Uqo Ekitike 750 min avro dəyərində unikal Lamborghini Revuelto sənədxən

Digər
Bu gün, 11:12

Snuker üzrə Azərbaycan çempionatını Qubatov qazandı;

Voleybol
Bu gün, 11:03

Cəlil Cəlilov: UEFA Çempionlar Liqasında “Sportinq”ə qarşı yaxşı nəticə gözləyirik

Qarabağ FK
Bu gün, 11:00

“Sabah”ın ilk məğlubiyyəti Tovuzda, “Neftçi” zirvəyə çıxdı, “Qarabağ” Qəbələdə xal itirdi

Oxşar xəbərlər