İngiltərənin "Nyukasl" klubu Bazumana Turenin transferi ilə bağlı "Hoffenhaym"la razılıq əldə edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Sağsağanlar" 20 yaşlı kot-divuarlı cinah oyunçusu üçün Almaniya klubuna 42 milyon funt sterlinq ödəyəcək. Tərəflər arasında 5 illik müqavilə imzalanacaq. Futbolçunun yaxın vaxtlarda tibbi müayinədən keçməsi gözlənilir.
Qeyd edək ki, "Nyukasl" Bazumana Tureni komandadan ayrılan Antoni Qordonun əvəzləyicisi kimi heyətinə qatır.