top
Nəriman Axundzadənin MLS-dəki maaşı məlum oldu - FOTO Idman.biz
13 may 2026, 12:04
- ↺ +

Nəriman Axundzadənin MLS-dəki maaşı məlum oldu - FOTO

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" futbol komandasının hücumçusu Nəriman Axundzadənin MLS-dəki maaşı açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə MLS Oyunçular Assosiasiyasının rəsmi maaş bələdçisində məlumat yer alıb.

2026-cı il üçün açıqlanan siyahıda Nərimanın illik əsas məvacibi 550 000 ABŞ dolları (935 min AZN) göstərilib. Onun vergilər daxil illik ödənişi isə 633 389 ABŞ dolları (1 milyon 77 min AZN) təşkil edir.

Siyahıda MLS-in ən çox qazanan futbolçusu da məlum olub. ABŞ-nin "İnter Mayami" futbol komandasının argentinalı hücumçusu Lionel Messinin illik əsas maaşı 25 milyon ABŞ dollarıdır (42,5 milyon AZN). Ulduz futbolçunun vergilər daxil illik ödənişi isə 28 milyon 333 min 333 ABŞ dollarına (48 milyon 167 min AZN) çatır.

Nəriman Axundzadə "Kolambus Kryu"ya bu ilin fevralında Azərbaycanın "Qarabağ" futbol klubundan keçib. O, MLS klubuna transfer olunan ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. 22 yaşlı hücumçunun ABŞ təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.

MLS Oyunçular Assosiasiyasının məlumatına əsasən, maaş bələdçisi 16 aprel 2026-cı il tarixinə qədər müqaviləsi olan futbolçuları əhatə edir. Qurum zəmanətli ödəniş göstəricisinə əsas maaşla yanaşı, imza bonusları və müqavilə müddətinə bölünən digər zəmanətli ödənişlərin daxil olduğunu bildirir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:57

Fərid Qayıbov UEFA Çempionlar Liqasında

Futbol
Dünən, 23:54

“Çelsi”nin müdafiəçisi Malo Qusto üç ingilis nəhəng klubunun hədəfində

Futbol
Dünən, 23:46

Entoni Qordon ‘Sabah’–‘Barselona’ matçının ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 23:22

Amrabat Afrika çempionluğu qazanmasını Mərakeşdən alınıb olmağını ədalətsizlik adlandırdı

Futbol
Dünən, 23:13

Realın da addım atması lazımdır;

Futbol
Dünən, 23:07

Markos Alonso Xavinin "Barselona"dakinəsas çatışmazlığını açıqladı

Futbol
Dünən, 23:00

Çempionlar Liqasında hakimin sərxoş olması şübhəsi ilə fasilədə əvəzləndi

Futbol
Dünən, 23:00

Legionerlər hesabına uğur, yerli istedadların aqlığı: Azərbaycan futbolu yenə 'ögey oğula' əsalanır

Futbol
Dünən, 22:55

Fənərbağçanın U-19 komandası UEFA Gənclər Liqasında 6:0 məğlub oldu

Futbol
Dünən, 22:52

Liverpul 16 yaşlı Senegal hücumçusunu transfer etməyə hazırdır

Futbol
Dünən, 22:46

Nazirlər “Sabah”‑“Barselona” oyununu izləyirlər;

Futbol
Dünən, 22:40

İngiltərə futbolçusunun Bakıdakı Çempионлар Liqası oyununda qolları 5-ə çatdı

Qarabağ FK
Dünən, 22:40

Qarabağın çətin günlərdəki ən böyük dəstəyi – İmarət Tayfa kimdir?

Futbol
Dünən, 22:37

Sançes, Mourinyonun Real Madridə qayıdışını dəstəkləyərək nüfuzunu gücləndirir

Futbol
Dünən, 22:30

Ayın ən yaxşı futbolçusu kim olacaq?

Futbol
Dünən, 22:22

Valensiya, Arsenal qapıçısı Kepa Arrizabalayı transfer üçün araşdırır

Futbol
Dünən, 22:14

Aston Villa futbolçusu Alexandro Garnao heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi

Digər
Dünən, 22:11

Şəkidə uşaqlar üçün idman və hüquq maarifləndirmə düşərgəsi keçirilib

Futbol
Dünən, 22:07

Baena, Şampionlar Liqasında 17 oyunda qol vurmadı

Futbol
Dünən, 22:00

Juventus Bruno Fernandesi azad agent olmasını gözləyir

Futbol
Dünən, 21:52

Amorebietanın itirafı: Messinin üzünə butsamla dəymə, VAR olsa meydandan qovulardım

Futbol
Dünən, 21:50

Latsionun yarımmüdafiəçisi Kennet Teylora "Nyukasl" və "Yuventus"un marağı təsdiqlənib;

Voleybol
Dünən, 21:40

Skandiççi – Turan matçı CEV Çempionlar Liqası (voleybol) canlı yayım

Futbol
Dünən, 21:37

Juventus Norveçli hücumçu Aleksander Sörlotun transferi üçün Madridə səfər etdi

Oxşar xəbərlər