"Liverpul" 27 yaşlı argentinalı yarımmüdafiəçi Aleksis Mak Allisterlə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Onun hazırkı müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. İngiltərə klubu argentinalı yarımmüdafiəçi ilə danışıqlarda irəliləyiş əldə etməyə çalışır. Qeyd edək ki, Mak Allister daha əvvəl müqavilənin uzadılması ilə bağlı onunla hələ əlaqə saxlanılmamasından təəccübləndiyini bildirmişdi.
"Liverpul" Mak Allisterin klubdakı uzunmüddətli gələcəyini müzakirə etmək istiqamətində ilk addımı atıb. Danışıqların uğurla irəliləyib-irəliləmədiyi və tərəflərin yeni müqavilə ilə bağlı razılığa gəlmək üçün mövqelərini uzlaşdıra bilib-bilməyəcəkləri yaxın həftələrdə aydınlaşacaq.
Qeyd edək ki, Aleksis 2023-cü ilin yayında "Brayton"dan "Liverpul"a transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 16 oyunda, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. "Qırmızılar"ın sıralarında olduğu müddətdə o, Liqa Kubokunu qazanıb.