top
Lionel Messi “Qızıl top”a namizəd ola bilər Lent.az
05 iyul 2026, 18:23
- ↺ +

Lionel Messi “Qızıl top”a namizəd ola bilər

ABŞ-ın "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə "Qızıl top" mükafatına namizəd ola bilər.

Lent.az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, texniki baxımdan hansı liqada çıxış etməsindən asılı olmayaraq istənilən futbolçu bu mükafatı qazana bilər.

Argentina futbolçusu 2026-cı il dünya çempionatının qrup mərhələsi başa çatdıqdan sonra "The Athletic" portalının hazırladığı "Qızıl top" favoritləri reytinqinə başçılıq edib. Messi turnirdə vurduğu 6 qolla ən məhsuldar futbolçular siyahısına liderlik edib və dünya çempionatının bombardir rekordunu yeniləyib.

Təşkilatçılar xatırladıb ki, 2019-cu ildə qadın futbolu üzrə "Qızıl top" mükafatını ABŞ-ın "Sietl" klubunda çıxış edən Meqan Rapino qazanıb. ABŞ qadın millisinin dünya çempionu olduğu həmin il Meqan Rapino turnirin ən yaxşı oyunçusu və bombardiri seçilib.

"Qızıl top" futbolun ən nüfuzlu fərdi mükafatı hesab olunur. Mükafat 1956-cı ildən təqdim edilir. 1994-cü ilə qədər yalnız Avropa klubunda çıxış edən avropalı futbolçular bu mükafata layiq görülə bilirdilər. 1995-ci ildən etibarən Avropa klublarında oynayan bütün millətlərdən futbolçuların namizədliyi mümkün olub. Həmin il Liberiya millisinin hücumçusu Corc Vea "Qızıl top"u qazanan ilk qeyri-avropalı futbolçu olub. 2007-ci ildən isə dünyanın istənilən klubunda çıxış edən futbolçular bu mükafata namizəd ola bilirlər.

39 yaşlı Lionel Messi "Qızıl top"u ən çox qazanan futbolçudur. O, bu mükafata 8 dəfə sahib çıxıb. Messi sonuncu dəfə 2023-cü ildə "İnter Mayami"nin futbolçusu kimi səsvermənin qalibi olub, baxmayaraq ki, həmin mövsümün böyük hissəsini Fransanın PSJ klubunda keçirib. 2022/23 mövsümündə isə Argentina millisi ilə ilk dəfə dünya çempionu olub və 2022-ci il dünya çempionatının ən yaxşı futbolçusu seçilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Bu gün, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Bu gün, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Bu gün, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Bu gün, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Bu gün, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Bu gün, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Bu gün, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Bu gün, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Oxşar xəbərlər