top
Leandro Andrade: İmkan verməməliyik ki, 'Sabah' xal fərqini artırsın - MÜSAHİBƏ Idman.biz
09 mart 2026, 11:58
- ↺ +

Leandro Andrade: "İmkan verməməliyik ki, 'Sabah' xal fərqini artırsın" - MÜSAHİBƏ

"Biz sadəcə öz işimizi görürük. Tapşırıqların hər birini lazımi səviyyədə etdikdə layiq olduğumuz qələbəni qazanırıq".

Bunu "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade qol.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 23-cü turunda "Araz-Naxçıvan" üzərində böyük hesablı qələbə (6:0) qazandınız. Görüşü necə şərh edərdiniz?

- Düşünürəm ki, matç bizim üçün pozitiv notlarla keçdi. Sevindirici haldır ki, qol buraxmadan qələbə qazandıq. Məşqçinin dediyi bütün tapşırıqların öhdəsindən gəldik. Lakin bəzi səhvlərimiz də oldu. Rəqib az qala müəyyən epizodlarda bundan yararlanacaqdı. Ona görə də diqqətli olmalıyıq. İndi qapımızda qol görməsək də, qarşıdakı rəqiblər bu səhvləri bağışlamaya bilər.

- Necə düşünürsünüz, bu matçda "Qarabağ" çox güclü idi, yoxsa "Araz-Naxçıvan" zəif çıxış etdi?

- Biz sadəcə öz işimizi görürük. Tapşırıqların hər birini lazımi səviyyədə etdikdə layiq olduğumuz qələbəni qazanırıq. "Araz-Naxçıvan" yaxşı komandadır. Daha güclü çıxış etməyə ehtiyacımız var. Bundan da yaxşısını edə bilərik. Birinci yerdə olmalıyıq.

- Yəqin ki, oyundan öncə 6:0 hesabını gözləmirdiniz. Elədir?

- Bu barədə düşünmürük. Addım-addım qələbələrə nail oluruq. Hesab 1:0, 2:0, yaxud 3:0 olanda da o qədər çətinlik çəkmirik. Əsası yaxşı müdafiə olunmaqdır. İnamlı müdafiə olunarkən, qol buraxmırıq. Həmin situasiyada qələbəyə daha yaxın olursan.

- Demək olar ki, Çempionlar Liqasında çıxışını başa vurduqdan sonra "Qarabağ" artıq tam çempionata köklənib?

- Bəli, artıq tam çempionata köklənmişik, qələbələr qazanmalıyıq. Çempionluq mübarizəsi davam edir. Qarşıda bizi hələ uzun marafon gözləyir. Hər matç bizim üçün vacibdir. "Sabah" güclü komandadır. Lakin imkan verməməliyik ki, rəqib xal fərqini artırsın.

- Növbəti turda səfərdə "Zirə" ilə qarşılacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- "Zirə" çətin rəqibdir. Onlarla matçda tez-tez heç-heçə edirik, xal itiririk. Çalışmalıyıq ki, bu dəfə eyni hal təkrarlanmasın. Matça çox ciddi hazırlaşmalıyıq. Çünki məqsədimiz qələbədir. Bu matçda yaxşı nəticə qazanmaq istəyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:40

"Nyukasl"ın baş məşqçisi Ayvan Toninin transferti barədə: "Söz-söhbətləri şərh etməyəcəm"

Futbol
Bu gün, 01:36

Juventus Komo'yı 3-0 məğlub etdi

Futbol
Bu gün, 01:36

Borussiya «Bayer»ə 2:1-ə məğlub oldu

Futbol
Bu gün, 01:32

Real"da Vinisiusun çıxışı: futbolçu azarkeşlərlə mübahisə etdi

Futbol
Bu gün, 01:30

FİFA, Trampa təqdim etdiyi Sülh Mükafatını geri alacaq?

Futbol
Bu gün, 01:17

"Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu keçdi"

Futbol
Bu gün, 01:02

Neymar karyerasında 500-cu qolunu vurdu

Futbol
Bu gün, 00:51

Sabah müdafiəçisi Cənubi Afrika millisinin seçməsində rəqabətlə üzləşir

Futbol
Bu gün, 00:30

"Borussiya Dortmund" "Bayer"ə məğlub olsa da, 24 xalla Bundesliqanın lideri qalır

Futbol
Bu gün, 00:30

"Sabah" UEFA-dan iki fərqli oyun üzrə xəbərdarlıq alıb

Futbol
Bu gün, 00:20

"Çelsi" Xabi Alonsonun baş məşqçisi qalır

Futbol
Bu gün, 00:06

Zamiq Əliyev 90 dəqiqə boyunca oynayaraq ‘Eqnatiya" çempionatında qələbəni təmin etdi

Futbol
Bu gün, 00:00

Sneyder Ronaldonu məşq etdiyi ən yaxşı futbolçu adlandırıb

Futbol
Dünən, 23:58

"Eqnatiya" "Elbasani"ni 2:1 hesabı ilə məğlub edib

Futbol
Dünən, 23:55

"İrqçilik ittihamı ilə şotland futbol azarkeşi həbs edildi"

Futbol
Dünən, 23:50

"Arsenal"ın evində 53 oyun ardıcıllıqla penalti alınmadı

Futbol
Dünən, 23:45

Gəncəbasar baş məşqçisi: I Liqada az büdcə və millidə oynamamış futbolçularla çempion olmaq mümkündür

Futbol
Dünən, 23:44

"Frenki de Yonq uzun müddətə kəsilir: 2026-cı ilin sonuna qədər sahada olmayacaq"

Futbol
Dünən, 23:40

Frenki de Yonq bir aydan çox müddətə sahədən uzaq qala bilər

Futbol
Dünən, 23:36

"Muradlı "Pafos" evdə 0:1 uduzdu"

Futbol
Dünən, 23:28

"Zamiq Əliyev "Eqnatiya" heyətində çıxış etdi, komanda qələbə qazandı"

Futbol
Dünən, 23:10

Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb

Futbol
Dünən, 22:58

Murad Məmmədovun "Pafosu" Limassolun "Aris" komandasına uduzdu

Qarabağ FK
Dünən, 22:55

"Qarabağ" çöküş sahəsində – hələ bu kimi bir vəziyyət görünməyib

Oxşar xəbərlər