top
Kaxaber Tsxadadze Şamaxı ilə oyundan və pley-off matçına hazırlıqdan danışıb Idman.biz
21 may 2026, 22:38
- ↺ +

Kaxaber Tsxadadze "Şamaxı" ilə oyundan və pley-off matçına hazırlıqdan danışıb

"Matçın nəticəsinə görə turnir cədvəlində hansısa dəyişiklik olmayacaqdı. Azarkeşləri sevindirmək istəyirdik. Bizi sona qədər dəstəklədiklərinə görə onlara təşəkkür edirəm".

İdman.Biz bildirir ki, bu sözləri Azərbaycan Premyer Liqasının sonuncu turunda "Şamaxı" ilə oyundan sonra "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Matç 3:1 hesabı ilə "Qəbələ"nin xeyrinə qurtarıb.

"Gözəl qollar vurduq, qələbə qazandıq. Son oyunlar pley-off matçı öncəsi bizə özünəinam baxımından kömək olmalıdır. Heç bir halda arxayınlaşmaq olmaz. "Şamaxı"nın bir neçə aparıcı oyunçusu bu gün meydanda yox idi. Buna baxmayaraq, bizim futbolçuların oyuna köklənməsi yaxşı idi. Bu, bizi sevindirir", o bildirib.

Baş məşqçi qarşıdan gələn pley-off oyunu barədə də danışıb:

"Qarşıdakı pley-off matçına ciddi hazırlaşmalıyıq. Rəqibimiz sabah məlum olacaq. Bir həftə ərzində həmin görüşə hazırlaşacağıq.

Potensial rəqiblərin hamısının oyunlarını izləyirik. "Səbail" üç mərkəz müdafiəçisi ilə oynayır. "Mingəçevir"in taktiki sxemi bəzi matçlarda dəyişir.

Bütün rəqiblərə hörmətlə yanaşırıq. Futbolçularıma bunu demişəm. Onlar da çox yaxşı başa düşürlər. Bizim öz məqsədimiz var. Arxayınlaşa bilmərik. Tam fərqli matç olacaq. Final oyunudur. Belə qarşılaşmada hər addım çox vacibdir. Bunu başa düşürük.

Bu, çox vacib oyundur. Ümid edirəm ki, qarşılaşma Premyer Liqa səviyyəsində stadionda, təbii ot örtüklü meydançada olacaq. Bakıda, Sumqayıtda, Tovuzda yaxşı stadionlar var. Bildiyim qədərilə Tovuz şəhər stadionu təmirə bağlanıb. İnanıram ki, oyun yaxşı stadionda keçiriləcək".

"Qəbələ" 27 xalla çempionatda 11-ci yeri tutub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:40

Gənc hakimin “Şamaxı – Turan Tovuz” matçına təyinatı və iki FIFA hakimin “Araz‑Naxçıvan – Neftçi” qarşılaşmasında rolu

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:26

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 20:20

II Liqada 12-ci tur başa çatdı

Futbol
Bu gün, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb;

Futbol
Bu gün, 20:11

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Futbol
Bu gün, 19:57

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Oxşar xəbərlər