"Liverpul"un baş məşqçisi Andoni İraola Premyer Liqada "Mançester Yunayted"ə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis 4:0 hesabıyla bitən matçı belə şərh edib:
"Qarşılaşmadan həzz aldım. Sözün düzü, daha çox sevinmək istəyirdim. Belə qələbəni azarkeşlərlə qeyd etmək möhtəşəmdir. Hesab 4:0 oldu, ancaq daha çox qol vura bilərdik. İstənilən halda, nəticədən çox məmnunam və bu performansımızı davam etdirməliyik".
"Liverpul" çempionatda 11 turdan sonra 21 xalla 4-cü sıradadır.