Almaniyanın üçüncü liqasında çıxış edən "Hanza Rostok" futbol komandası İngiltərədə "Uotford"la hazırlıq oyunu keçirib.
İdman.Biz xəbər verir ki, Rostok təmsilçisini səfər qarşılaşmasında 6500 azarkeş dəstəkləyib.
Fanatlar "Vicarage Road" stadionunun qonaq sektorunu doldurublar. Biletlərin bir neçə saat ərzində satıldığı və bu səfərin "Hanza Rostok"un 60 illik tarixində İngiltərəyə ilk belə səfəri olduğu qeyd olunur.
Meydanda isə "Uotford" üstün olub. Çempionşip təmsilçisi görüşdə 3:0 hesablı qələbə qazanıb. Buna baxmayaraq, almaniyalı azarkeşlərin yaratdığı atmosfer matçın əsas diqqətçəkən məqamlarından birinə çevrilib.
Görüşdən sonra "Uotford" futbolçuları da qonaq tribunaya yaxınlaşaraq fanatlara atmosferə görə təşəkkür ediblər.