top
Flamenqo Qarabağın sabiq hücumçusu Juninyonun satılmasını səhv hesab edir Idman.biz
20 may 2026, 11:22
- ↺ +

"Flamenqo" "Qarabağ"ın sabiq hücumçusu Juninyonun satılmasını səhv hesab edir

Braziliyanın "Flamenqo" futbol klubunda Juninyo ilə bağlı qərar yenidən müzakirə mövzusuna çevrilib.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi "Qarabağ"ın sabiq hücumçunun komandadan tez göndərilməsini səhv addım sayıb. Braziliya təmsilçisi Juninyonun transferini yox, onun dekabrda Meksikanın "Pumas" futbol klubuna satılmasını yanlış qərar hesab edir.

Juninyo 2025-ci ildə "Flamenqo"nun yeni rəhbərliyi dövründə ilk transfer olub.

"Flamenqo"nun prezidenti Luis Eduardo Baptista Juninyo ilə bağlı qərarda məsuliyyətin klubun üzərinə düşdüyünü deyib:

"Juninyo transferində hər şey istədiyimiz kimi alınmadı. Məncə, bunun səbəbi futbolçu deyildi, səhv bizim idi. Leo Pereyra azarkeşlər tərəfindən qəbul olunmaq üçün bir il yarım gözlədi. Mişael bir ildən çox, Rodiney demək olar ki, iki il, Erik Pulqar isə bir il gözlədi. Bu gün futbolçu gələn kimi hamı ondan dərhal yüksək səviyyədə oyun gözləyir. "Flamenqo" kimi klubda oynamaq asan deyil. Diqqət, tələb, təzyiq - bunların hamısı bir paketdir. Juninyonun uyğunlaşmaq üçün daha çox zamana ehtiyacı vardı".

Xatırladaq ki, Juninyo 2025-ci ilin yanvarında "Qarabağ" futbol klubundan "Flamenqo"ya keçib. Bu transfer Braziliya klubuna beş milyon avroya (10 milyon AZN) başa gəlib. Hücumçu "Flamenqo"da cəmi bir il çıxış edib.

Braziliya klubunda Juninyo 32 oyuna çıxıb. Onlardan yalnız yeddisində start heyətində yer alıb. Hücumçu bu müddətdə dörd qol vurub.

Dekabrda "Pumas"a keçən Juninyo Meksikada daha məhsuldar çıxışı ilə diqqət çəkib. Hücumçu yeni komandasında 20 oyunda səkkiz qol və dörd assistlə 12 qolda birbaşa iştirak edib. Bu göstərici "Flamenqo" rəhbərliyinin qərara yenidən baxmasına səbəb olan əsas məqamlardan biri kimi təqdim olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:20

Asiya Çempionlar Liqası: "Traktor" darmadağın oldu

Digər
Bu gün, 22:20

Azərbaycanlı gənc məşqçini Avropa ölkəsinə kim dəvət edib? - VİDEO

Futbol
Bu gün, 22:19

Barselona “Sabah” ilə oyun öncəsi məşqçi Flikin qərarlarına narazılıq

Futbol
Bu gün, 22:10

Neftçi – Zirə matçı üçün biletlər satışa çıxdı

Futbol
Bu gün, 22:08

Azarkeşlərin şəxsi məlumatları oğurlandı;

Futbol
Bu gün, 22:07

“Mançester Siti”nin baş məşqçisi dörd oyunluq uğursuz seriyadan danışdı

Futbol
Bu gün, 22:00

Çempionlar Liqasının əsas favoritlərinin reytinqi - PSJ 1-cidir

Futbol
Bu gün, 22:00

Qışda yeni transferlərə ehtiyac görmürlər - Prezidentdən AÇIQLAMA

Futbol
Bu gün, 21:50

Çili Futbol Assosiasiyası hakim Montserrat Maturanaya ayrı-seçkilik və əsassız işdən çıxarılma iddiası üzrə 16 milyon pesosu ödədi

Futbol
Bu gün, 21:40

FIFA 2027-də futbolçular transferdən 5% alacaq

Futbol
Bu gün, 21:40

"Frayburq"un xavboskorçusu İqor Matanoviç "Tottenhem", "Çelsi" və "Mançester Yunayted"in transfer hədəfindədir

Futbol
Bu gün, 21:27

“Milan” Endrik üçün 70 milyon avro təklif etdi: Mourinyo transferə qarşı çıxır

Futbol
Bu gün, 21:26

PSJ Vitinyanın müqaviləsini 2032-ci ilədək uzatmaq istəyir

Futbol
Bu gün, 21:04

V Enənəvi Minifutbol Turnirində Əmirxeyir Qələbə Qazanıb

Futbol
Bu gün, 20:40

Gənc hakimin “Şamaxı – Turan Tovuz” matçına təyinatı və iki FIFA hakimin “Araz‑Naxçıvan – Neftçi” qarşılaşmasında rolu

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:26

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 20:20

II Liqada 12-ci tur başa çatdı

Futbol
Bu gün, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb;

Futbol
Bu gün, 20:11

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Oxşar xəbərlər