Azərbaycan – Sent Lüsiya oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, ikinci dəqiqədə Emin Mahmudov penaltidən millimizi önə çıxarıb.
19:11
"FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində Azərbaycan – Sent Lüsiya oyunu başlayıb.
İdman.Biz xəbər verir ki, oyunun baş hakimi gürcüstanlı Giorgi Kruaşvilidir.
18:36
Hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.
AFFA-dan verilən məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.
09:20
Bu gün Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində ilk oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki,, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
Görüşün baş hakimi gürcüstanlı Giorgi Kruaşvili olacaq.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra Leone ilə münasibətlərə aydınlıq gətirəcək.