PSJ və İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis "Qızıl top" mükafatına iddiası ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, o bu barədə "L'Equipe" nəşrinə danışıb:
"Komanda səviyyəsində hər şeyi qazanmışam! Çəkdiyim bütün zəhmətdən sonra kubok kolleksiyamda yeganə çatışmayan "Qızıl top" mükafatıdır. Bu, mənə layiq olduğum tanınmanı verərdi".
Ruis hazırda PSJ-nin heyətində eyni Çempionlar Liqasının və Dünya Kubokunun qalibi olan yeganə futbolçudur.
Qeyd edək ki, iki gün öncə parislilərin baş məşqçisi Luis Enrike ilin ən nüfuzlu fərdi mükafatının onun oyunçularından birinə - ya Usman Dembeleyə, ya da Fabian Ruisə verilməli olduğunu bildirib.