top
Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’ Idman.biz
Bu gün, 18:29
- ↺ +

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turunda səfərdə "İmişli" ilə 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra hakim qərarlarına irad bildirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının 2:0 hesablı üstünlüyü qoruya bilməməsindən məyusluğunu gizlətməyib.

"Oyun bizim üçün uğurlu keçirdi. 70-ci dəqiqəyə qədər yaxşı oynayırdıq. Qol epizodlarımız var idi. Həmin dəqiqələrdə hamının ağlında hesabın böyüyəcəyi düşüncəsi var idi. Amma rəqibin qazandığı iki penalti hər şeyi dəyişdi. Ondan sonra yaxşı qol fürsətimiz oldu, amma fərqlənə bilmədik. Çox məyusedici xal itkisidir. Rəqibə qol epizodu vermədən iki qol buraxdıq. Uğursuz statistikamız davam edir. Qapımıza gələn üç zərbədən ikisi qolla nəticələnir. Belə statistika ilə qələbə qazanmaq çətindir".

Sadıqov penalti epizodlarını hələ ətraflı izləmədiyini bildirsə də, hakimin oyunun sonlarında verdiyi qərarları tənqid edib:

"Son dəqiqələrdə yersiz xırda foullar verilirdi və oyunun tempi düşürdü. Artırılan vaxtın da üç dəqiqə olması doğru deyil. Dünya futbolunda oyunlara 5-6 dəqiqə artırıldığını görürük. İki penaltiyə görə VAR-a baxılmışdı, vaxt itkisi olmuşdu. Bunlar nəticəyə təsir edəcək şeylər deyil, amma oyunun gedişatına təsir edir".

Baş məşqçi hakim qərarlarına emosional reaksiya verməməsinin səbəbini də açıqlayıb:

"Gedişat belə olduqda səbirli olmağa məcbursan. Çünki emosiyalara qapılmaq vaxtı deyil. Bizimlə bağlı qəribə hadisələr baş verir. Ən azı 24-25 xal toplamaq imkanımız var idi. Gözləyirik ki, bunlar nə vaxtsa bitəcək. Amma hələ ki davam edir. Bəlkə də çempionatda ən çox qol epizodu yaradan üç komandadan biriyik. Təəssüflər olsun ki, onlardan istifadə edə bilmirik. Burada ustalıq da böyük rol oynayır. Oyunları rahat başa vura bilmirik".

Sadıqov Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı çıxışını da müsbət qiymətləndirib:

"Yaxşı dəyərləndirirəm. Qrupu birinci yerdə başa vurdular. Ayxan müəllimi təbrik edirəm. Çox çalışırdılar. Sonda da buna nail oldular".

Təcrübəli mütəxəssis Emin Mahmudovun milli komandadakı karyerasını başa vurmasına da münasibət bildirib:

"Emin Azərbaycan futboluna çox şey qazandırıb. Millinin bombardiri olmağı təsadüfi deyil. Eminin yerini doldurmaq asan olmayacaq. O mövqedə çıxış edən gənc futbolçular çalışırlar ki, millidə əsas oyunçuya çevrilsinlər. Ümid edirəm ki, gələcəkdə Emini əvəzləyə biləcəklər. Amma asan olmayacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Futbol
Bu gün, 16:40

Şahdağ Qusar və Gəncəbasar 0:0 bitişi

Futbol
Bu gün, 16:40

Niko Pas: Messi'nin milli takımdaki varisi

Futbol
Bu gün, 16:34

Federiko Valverde "Real Madrid"lə müqaviləsini 2031-ci ilə kimi uzadıb

Futbol
Bu gün, 16:20

Roma, Corco De Marzi ilə 2031-ci ilə qədər yeni müqavilə imzaladı

Futbol
Bu gün, 16:19

Ağadadaş Salyanski: Millidə debut və qələbə – qazandığımız qələbəni də danmamalıyıq

Futbol
Bu gün, 16:04

PSJ Nitsada çətin sınaqla qarşı-qarşıya, “Lion” yeni dövrə başlayır – Liqa 1 11-ci turu

Futbol
Bu gün, 16:00

Viktor Osimhen Qalatasaray'ın ofsayda ən çox düşən hücumçusudur

Şahmat
Bu gün, 15:44

Azərbaycan şahmatçıları Qazaxıstanda keçirilən çempionatda iştirak edəcək

Futbol
Bu gün, 15:41

"Real" qapıcısı Tibo Kurtuanın müqaviləsini 2028-ci ilədək uzadıb

Futbol
Bu gün, 15:33

UEFA Millətlər Liqası 2026/27 üçün 1/4 final və pley‑off cütləri bəlli oldu

Futbol
Bu gün, 15:32

Azərbaycan qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 15:20

PSJ-nin 13 üzvü "Globe Soccer Awards" mükafatlarına namizəd göstərilib

Oxşar xəbərlər