top
Ermin Zets: Qəbələdə ən böyük mükafatım Panatinaikos üzərində qələbə idi Idman.biz
14 yanvar 2026, 13:42
- ↺ +

Ermin Zets: "Qəbələ"də ən böyük mükafatım "Panatinaikos" üzərində qələbə idi

"Azərbaycanda vaxtım çox gözəl keçdi. Özümü evdəki kimi hiss edirdim".

Bunu vaxtilə "Qəbələ"də çıxış etmiş Bosniya və Herseqovina millisinin sabiq futbolçusu Ermin Zets AZƏRTAC-a müsahibəsində deyib.

O, bölgə təmsilçisində keçirdiyi dövr haqqında danışıb.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan çempionatını və "Qəbələ"nin oyunlarını izləyirsinizmi? Komanda hazırda yaxşı vəziyyətdə deyil...

- Bəli, izləyirəm. Görürəm ki, son illərdə "Qəbələ"nin müəyyən problemləri olub. Dəqiq səbəbləri bilmirəm. Mən orada olanda klub çox yaxşı vəziyyətdə idi, heyətdə səviyyəli futbolçular var idi. Ümid edirəm ki, onlar vəziyyəti tezliklə stabilləşdirəcəklər və daha yaxşı nəticələr əldə edəcəklər.

- Azərbaycandakı həyatınızı necə xatırlayırsınız?

- Azərbaycanda vaxtım çox gözəl keçdi. Özümü evdəki kimi hiss edirdim. İnsanlar da yaxşı idi, klubda nəticələrimiz də uğurlu alınırdı. Qəbələ şəhərinin füsunkar təbiəti var idi. Paytaxt Bakı isə çox gözəldir.

- Hazırda nə ilə məşğulsunuz?

- Bosniya və Herseqovinada yerləşən "NK Iskra" klubunun prezidentiyəm. Klub bir vaxtlar böyük ad idi, lakin hazırda çətin dövr keçirir. Məqsədim klubu əvvəlki şöhrətinə qaytarmaqdır. Gənclərlə bağlı işi gücləndirməyə çalışırıq, yaxşı potensialı olan futbolçularımız var.

- Karyeranı tez başa vurdunuz. Səbəb nə idi?

- Bəlkə də bir az tez oldu. Tez-tez zədələnirdim və istəmirdim ki, gənc və perspektivli bir futbolçunun yerini tutum.

- Azərbaycanda kimlərlə dostluğunuz qalıb?

- İnstaqram üzərindən o vaxt bir yerdə oynadığım bir çox futbolçu ilə əlaqədəyəm. Bəzilərinin hələ də oynadığını görürəm, izləyirəm və onların çıxışlarına diqqətlə baxıram.

- "Qəbələ" heyətində ən yadda qalan oyununuz hansıdır?

- UEFA Avropa Liqasının pley-off mərhələsinin "Panatinaikos"la keçirdiyimiz cavab oyunu. Çox gərgin və maraqlı qarşılaşma idi. Mənim həmin matçda bir neçə şansım olmuşdu, vaxtından əvvəl oyunun taleyini həll edə bilərdim, amma qaçırdım və içimdə fikirləşirdim ki, "indi hər şeyin günahkarı mən olacağam" (gülür). Amma xoşbəxtlikdən hər şey yaxşı sonlandı. Həm "Qəbələ", həm də Azərbaycan futbolu üçün tarixi nəticə idi.

- Həmin dövrdə "Qəbələ"nin maliyyə imkanları güclü idi. Maraqlıdır, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığınıza görə nə qədər mükafat aldınız?

- Dəqiq rəqəm deyə bilmərəm, amma klub bu məsələdə çox ədalətli idi və yaxşı qazanc əldə etdik. Klub rəhbərliyi hər baxımdan düzgün davranırdı. Amma "Qəbələ"də ən böyük mükafatı "Panatinaikos"u məğlub edəndə almışdım.

- "Qəbələ"dən ayrıldıqdan sonra Azərbaycandan təkliflər almışdınız?

- Futbolçu kimi bir neçə maraq olmuşdu. Amma idman direktoru və ya məşqçi kimi hələ təklif almamışam. Türkiyədə və Azərbaycanda bu sahədə özümü sınamaq istərdim.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Oxşar xəbərlər