top
Elgiz Kərəmli Şəfanın Premyer Liqadakı hədəfləri və müqaviləsi barədə danışıb Idman.biz
19 may 2026, 17:56
- ↺ +

Elgiz Kərəmli "Şəfa"nın Premyer Liqadakı hədəfləri və müqaviləsi barədə danışıb

Azərbaycanın "Şəfa" futbol komandasının baş məşqçisi Elgiz Kərəmli Birinci Liqada qazanılan çempionluqdan sonra komandanın gələcək planları barədə danışıb.

Mütəxəssis çempionluq yolunun asan keçmədiyini deyib. Onun sözlərinə görə, Premyer Liqada legioner limitinin ləğvindən sonra Birinci Liqa klublarına çox sayda futbolçu keçib və bu da rəqabəti daha da artırıb.

"Yarış çox gərgin keçdi. Asan oyunumuz olmadı. Hətta üç-dörd top fərqi ilə qalib gəldiyimiz oyunlar belə gərginliyi ilə yadda qaldı. Məqsədimiz bu uzun marafonda stabilliyi qoruyub saxlamaq idi", - deyə Elgiz Kərəmli qol.az-a bildirib.

Baş məşqçi Premyer Liqada mübarizənin daha çətin olacağını vurğulayıb. O, komandanın güclənməyə ehtiyacı olduğunu bildirib:

"Hazırda Premyer Liqa çox güclüdür. Klubların heyətində səviyyəli legionerlər var. Onlarla başabaş mübarizə aparmaq asan olmayacaq. Heyətimizdə Premyer Liqada oynaya biləcək futbolçular var, amma yüksək liqaya çıxan ən yaxşı komanda belə güclənmək məcburiyyətindədir. İlk mövsümdə əsas hədəf Premyer Liqada qalmaq olacaq".

Mütəxəssis müqaviləsi ilə bağlı danışarkən Premyer Liqaya yüksəlişdən sonra müqaviləsinin avtomatik yenilənməli olduğunu, lakin yeni mövsümlə bağlı klub rəhbərliyinin qərarını gözlədiyini deyib.

Baş məşqçi "Şəfa"nın ev oyunları üçün Sumqayıtdakı "SOCAR Polymer Arena"nın sifariş verildiyini, məşqlərin isə böyük ehtimalla Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında davam edəcəyini bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:47

“Bavariya” Keynin əvəzinə keçmiş hücumçusunu geri qaytara bilər

Futbol
Bu gün, 22:34

İngiltərə nəşri “Sabah”‑Barselona oyununu proqnozladı: 3‑1 qalibiyyət gözlənilir

Futbol
Bu gün, 22:30

Postekoğlu jurnalistin Manenin yoxluğuna dair sualına sərt reaksiya verdi

Digər
Bu gün, 22:30

Fərid Qayıbov Avropa Oyunları müzakirələrində

Futbol
Bu gün, 22:20

Asiya Çempionlar Liqası: "Traktor" darmadağın oldu

Digər
Bu gün, 22:20

Azərbaycanlı gənc məşqçini Avropa ölkəsinə kim dəvət edib? - VİDEO

Futbol
Bu gün, 22:19

Barselona “Sabah” ilə oyun öncəsi məşqçi Flikin qərarlarına narazılıq

Futbol
Bu gün, 22:10

Neftçi – Zirə matçı üçün biletlər satışa çıxdı

Futbol
Bu gün, 22:08

Azarkeşlərin şəxsi məlumatları oğurlandı;

Futbol
Bu gün, 22:07

“Mançester Siti”nin baş məşqçisi dörd oyunluq uğursuz seriyadan danışdı

Futbol
Bu gün, 22:00

Çempionlar Liqasının əsas favoritlərinin reytinqi - PSJ 1-cidir

Futbol
Bu gün, 22:00

Qışda yeni transferlərə ehtiyac görmürlər - Prezidentdən AÇIQLAMA

Futbol
Bu gün, 21:50

Çili Futbol Assosiasiyası hakim Montserrat Maturanaya ayrı-seçkilik və əsassız işdən çıxarılma iddiası üzrə 16 milyon pesosu ödədi

Futbol
Bu gün, 21:40

FIFA 2027-də futbolçular transferdən 5% alacaq

Futbol
Bu gün, 21:40

"Frayburq"un xavboskorçusu İqor Matanoviç "Tottenhem", "Çelsi" və "Mançester Yunayted"in transfer hədəfindədir

Futbol
Bu gün, 21:27

“Milan” Endrik üçün 70 milyon avro təklif etdi: Mourinyo transferə qarşı çıxır

Futbol
Bu gün, 21:26

PSJ Vitinyanın müqaviləsini 2032-ci ilədək uzatmaq istəyir

Futbol
Bu gün, 21:04

V Enənəvi Minifutbol Turnirində Əmirxeyir Qələbə Qazanıb

Futbol
Bu gün, 20:40

Gənc hakimin “Şamaxı – Turan Tovuz” matçına təyinatı və iki FIFA hakimin “Araz‑Naxçıvan – Neftçi” qarşılaşmasında rolu

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:26

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Oxşar xəbərlər