top
El Pais: Real Madriddəki Böhranın Səbəbləri: Sızmalar, Gərginlik və Liderlik Çatışmazlığı Idman.biz
08 may 2026, 12:09
- ↺ +

"El Pais": "Real Madrid"dəki Böhranın Səbəbləri: Sızmalar, Gərginlik və Liderlik Çatışmazlığı

İspaniyanın "Real Madrid" futbol klubunda paltardəyişmə otağındakı sızmalar və komanda daxilindəki gərginliklə bağlı yeni iddialar gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, "El Pais" Madrid klubunda son aylarda yığılan narazılığın Valverde-Tçuameni insidentindən sonra açıq böhrana çevrildiyini yazıb. Mənbənin məlumatına görə, klub daxilində bəzi şəxslərin komanda daxilində baş verənləri mediaya ötürməsindən ciddi narahatlıq var. "Real Madrid"də bu sızmaların sadəcə məlumat yaymaq yox, kluba zərər vurmaq məqsədi daşıdığı düşünülür.

İddia olunur ki, futbolçular artıq bir-birilərindən şübhələnməyə başlayıblar. Bəzi adların digərlərindən daha çox hallanması isə paltardəyişmə otağındakı etimadı daha da zəiflədib. "El Pais"in yazdığına görə, klubda bir neçə nəfərin münaqişələrin ictimailəşməsində maraqlı olduğu düşünülür və bu, paltardəyişmə otağına qarşı "xəyanət" kimi qəbul edilir.

Gərginliyin mərkəzində Federiko Valverde ilə Orelyen Tçuameni arasında yaşanan insident dayanır. "Real Madrid" hadisədən sonra hər iki futbolçu barədə intizam işi açıb. "Real Madrid"in tibbi hesabatında Valverdeyə kəllə-beyin travması diaqnozu qoyulduğu bildirilib. Valverde açıqlamasında komanda yoldaşının onu vurmadığını, özünün də Tçuameniyə zərbə endirmədiyini bildirib.

Sosial şəbəkələrdə Tçuameninin Valverdeni Xabi Alonso ilə bağlı daxili məlumatları sızdırmaqda ittiham etdiyi yazılıb. Həmin iddialara görə, fransalı futbolçu mübahisə zamanı Valverdeyə, "Xabiyə qarşı çıxan futbolçuların səbəblərindən biri sənsən", - deyə irad bildirib.

İspaniya mətbuatında yayılan digər iddialara görə, komanda daxilindəki gərginlik yalnız Valverde-Tçuameni xətti ilə məhdudlaşmır. Jurnalist Miqel Serranonun məlumatına əsasən, "Real Madrid" futbolçularından bəziləri baş məşqçi Alvaro Arbeloaya qarşı açıq narazılıq nümayiş etdiriblər. İddia olunur ki, bəzi oyunçular ehtiyat oyunçular skamyasında olarkən Arbeloanı təhqir edib və onu "konus" adlandırıblar.

Mənbənin iddiasına görə, Arbeloa bu davranışdan xəbər tutandan sonra həmin futbolçuları bir neçə oyunluq cəza ilə cəzalandırıb.

Məlumatlarda "Real Madrid"də məşqçi dəyişikliyindən sonra toksik atmosfer formalaşdığı da qeyd olunur. İddia edilir ki, Kilian Mbappe, Orelyen Tçuameni və Arda Güler ispaniyalı mütəxəssisin komandada qalmasını istəyib. Vinisius Junior, Federiko Valverde və Cud Bellinqem isə məşqçi dəyişikliyinə tərəfdar olan qrupda göstərilib.

"El Pais" də komandada futbolçular arasında danışmayanların olduğunu, bir qrupun Xabi Alonso ilə münasibətlərini soyutduğunu, digər qrupun isə Alvaro Arbeloaya qarşı eyni münasibət göstərdiyini yazıb. Mənbə klub rəhbərliyinin mövsümün sonunda heyətdə dəyişikliklər etməyi planlaşdırdığını da qeyd edib.

Bununla yanaşı, "El Pais" "Real Madrid"də liderlik çatışmazlığının və təcrübəli avtoritet fiqurların yoxluğunun böhranı dərinləşdirdiyini vurğulayıb. Məqalədə Serxio Ramos, Toni Kross, Raul və Luka Modriç kimi fiqurların əvvəlki illərdə paltardəyişmə otağında tarazlıq yaratdığı xatırladılıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Oxşar xəbərlər