Madrid "Atletiko"sunun hücumçusu Ademola Lukman Nigeriya millisinin heyətində zədələnib.
İdman.Biz xəbər verir ki, 28 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Tanzaniya ilə keçirilən qarşılaşmada dizindən xəsarət alıb.
Nigeriyanın 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Lukman Alhassan Yusufun vurduğu ilk qolun ötürməsini verib. Lakin hücumçu ilk hissənin sonlarında zədə səbəbindən meydanı tərk edib və onu Mozes Simon əvəzləyib.
Matçdan sonra baş məşqçi Erik Şell futbolçunun dizində ağrı hiss etdiyini bildirsə də, zədənin ağırlıq dərəcəsi məlum olmayıb.
Sonradan keçirilən tibbi müayinə Lukmanın diz bağlarında dartılma olduğunu üzə çıxarıb. Nigeriya millisinin mətbuat katibi Promis Efoqe məlumatı təsdiqləyib:
"Müayinə nəticəsində Ademola Lukmanın dünənki oyunda diz bağlarından zədə aldığı müəyyən edilib. Bu səbəbdən o, çərşənbə axşamı Zənzibarda Tanzaniyaya qarşı keçiriləcək növbəti seçmə mərhələ oyununda iştirak edə bilməyəcək".
Qeyd edək ki, Tanzaniya - Nigeriya qarşılaşması noyabrın 17-də Zənzibardakı "Amaan" stadionunda keçiriləcək.