top
Zidan: Mbappe ilə aralarında heç bir münaqişə yoxdur, iddialar cəfəngiyyatdır Idman.biz
Dünən, 23:48
- ↺ +

Zidan: Mbappe ilə aralarında heç bir münaqişə yoxdur, iddialar cəfəngiyyatdır

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan komandanın kapitanı Kilian Mbappe ilə aralarında münaqişə yaşandığına dair yayılan xəbərlərə ilk dəfə münasibət bildirib.

İdman.Biz "Marca" nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis bu iddiaları qətiyyətlə təkzib edib və "Real Madrid"in hücumçusu ilə münasibətlərinin qaydasında olduğunu açıqlayıb:

"Mbappenin meydanda olması hər şeyi dəyişir. Əlbəttə, onun bizimlə olması daha yaxşıdır. Heç bir problem yoxdur, sabah heyətdə olacaq. Aramızda münaqişə? Bunun haradan çıxdığını anlamıram, amma heç bir əhəmiyyəti yoxdur. Ona görə də bu barədə müzakirəyə girmək fikrim yoxdur".

Zidan futbolçu ilə münasibətlərinin sırf peşəkar xarakter daşıdığını vurğulayıb:

"Bizim aramızda məşqçi və futbolçu münasibətləri var, hər şey əla gedir. İnsanlara istədiklərini danışmağı qadağan edə bilmərəm, amma bunlar sadəcə cəfəngiyyatdır. Çox təəssüf ki, belə söhbətlər yayılır və bu, artıq məni xeyli qıcıqlandırır".

Xatırladaq ki, daha əvvəl Fransa mətbuatında Mbappenin Zidan tərəfindən hücumun sol cinahında oynadılmasından narazı qaldığı və tərəflər arasında münasibətlərin gərginləşdiyi bildirilmişdi.

Zədə səbəbindən noyabrın 12-də İtaliya ilə görüşü buraxan 27 yaşlı hücumçu artıq komandanın məşqlərinə qayıdıb.

Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasının altıncı turunda noyabrın 15-də Türkiyəni qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Dünən, 23:57

Azərbaycan gimnastları Nankindəki Dünya Yaş Qrupları yarışında bürünc medal qazandı;

Futbol
Dünən, 23:34

Azərbaycan U-17 millisi UEFA seçmələrində Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub oldu

Futbol
Dünən, 23:28

Sabiq Premier Liqa hakim Qrem Skott Artetaya 'dördüncü hakim üçün kabus' elan edib

Futbol
Dünən, 23:14

Atletiko hücumçusu Ademola Lukman diz bağında zədələnib, milli oyunlardan uzaq qalacaq

Futbol
Dünən, 23:02

Azərbaycan U-19 komandası Serbiyaya 4-0 məğlub oldu

Futbol
Dünən, 22:44

UEFA vitse-prezenti Bonek Guardiola oyun modelini 'futbolu öldürür' elan etdi

Futbol
Dünən, 22:31

Tibo Kurtua: Belçika Milli Takımında AVRO 2028 üçün Əsas Qapıçı Olmaq Qərarındadır

Basketbol
Dünən, 22:25

Neftçi basketbol komandası məşqçisinin açıq şərhi: 'Yüksək intensivlikdə hazır deyildik'

Futbol
Dünən, 22:13

“Qalatasaray”da beş futbolçunun ayrılma ehtimalı və maliyyə yükü

Futbol
Dünən, 21:54

Batrakov Kalinka-Malinka melodiyasını öz təklifilə təqdim etdi

Futbol
Dünən, 21:50

Tenerife baş məşqçisi qapıçının 12 oyunluq cəzəsini ‘yüngül’ hesab edir

Futbol
Dünən, 21:36

Fabian Ruis PSJ‑də hücum futbolunu və azarkeşlərə sevinc bəxş etməyi ən vacib hesab edir

Futbol
Dünən, 21:22

Kəpəz'in qızları AFFA U-16 liqasında 8-1 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 21:03

Lixtenşteynin baş məşqçisi Azərbaycan millisinin vaxt uzatmasını uğur kimi qiymətləndirdi

Futbol
Dünən, 20:47

Rafinya qırmızı vərəqəsi səbəbindən ‘Barselona’ya erkən qayıda bilər

Futbol
Dünən, 20:33

Mançester Yunayted Niko Pas üçün transfer planlarını yeniləyir, amma Real Madrid buyback hələ də mövcuddur

Futbol
Dünən, 20:25

Şahdağ Qusar 2:1 hesabına Premyer Liqa komandası Şəfayı məğlub etdi

Futbol
Dünən, 20:19

Maykl Karrik West Ham‑ın baş məşqçisi ola bilər

Digər
Dünən, 19:41

Binə Atçılıq Mərkəzində keçirilən atçılıq konkur növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Futbol
Dünən, 19:25

Argentina millisi Messisiz ilk yoldaşlıq oyununda Uruqvaya 1:2 hesabı ilə məğlub oldu

Şahmat
Dünən, 19:20

Aydın Süleymanlı SC Viernheim ilə Almaniya Bundesliqasında dörd məğlubiyyətsiz partiyasında qalır

Futbol
Dünən, 19:04

Azərbaycan U-23 komandası Oman U-23-yə 2-1 qalib gəldi

Futbol
Dünən, 18:57

Zidan baş məşqçi olaraq ilk dəfə Fransadan məğlubiyyət alıb

Oxşar xəbərlər