top
Coşqun Diniyev: Qarabağa qarşı hesab bizim üçün sürpriz idi Idman.biz
09 mart 2026, 13:28
- ↺ +

Coşqun Diniyev: "Qarabağ"a qarşı hesab bizim üçün sürpriz idi

"Araz-Naxçıvan" klubunun futbolçusu Coşqun Diniyev "Qarabağ"a qarşı səfərdə 0:6 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının 23-cü tur matçından sonra oyunu şərh edib.

Təcrübəli yarımmüdafiəçi ağır məğlubiyyətə baxmayaraq nəticədən düzgün dərs çıxarmağın vacibliyini vurğulayıb.

C.Diniyev bildirib ki, komanda səfərə yaxşı nəticə qazanmaq üçün yollansa da, yekun hesab onlar üçün gözlənilməz olub.

"Bura yaxşı nəticə üçün gəlmişdik. Təəssüf ki, böyük hesabla məğlub olduq. Bu nəticə bizim üçün də sürpriz idi. Danışmalı məqamlar çoxdur. Ancaq əsas məsələ bu ağır yenilgini düzgün analiz edib nəticə çıxarmaqdır. Məğlubiyyəti qəbul etmək çətindir, lakin irəli baxmağa məcburuq", - deyə o, sportnet.az-a bildirib.

Futbolçu hesab böyüdükdən sonra komandanın psixoloji durumuna da toxunub. O qeyd edib ki, böyük hesablı məğlubiyyətlər zamanı oyunçuların ruhdan düşməsi qaçılmaz olur:

"Hesab fərqi artdıqca futbolçular psixoloji baxımdan eniş yaşayırlar. Bununla belə, 90 dəqiqə ərzində sona qədər mübarizə aparmaq lazımdır. Çalışırdıq ki, hesab daha da böyüməsin və komanda şəklində bunun qarşısını alaq. Amma bu gün rəqibi dayandıra bilmədik".

Yarımmüdafiəçi oyun zamanı təyin olunan penaltilərə də münasibət bildirib və hakim qərarlarının doğru olduğunu deyib:

"Hər iki penalti düzgün qərar idi. Etiraz etməyə əsas yoxdur. Səhvlər etdik və rəqib də bu imkanlardan maksimum yararlandı".

Coşqun Diniyev komandanın baş məşqçisi Andrey Demçenko barədə səsləndirilən fikirlərə də aydınlıq gətirib. O bildirib ki, uğursuz nəticələri məşqçi amili ilə bağlamaq düzgün deyil:

"Baş məşqçi ilə bağlı heç bir problem yoxdur. O, çox təcrübəli mütəxəssisdir və nə istədiyini yaxşı bilir. Məşqçi tapşırıqları izah edir, lakin meydanda bunu icra edən futbolçulardır. Əgər icra istənilən səviyyədə deyilsə, məşqçinin edə biləcəyi çox şey qalmır. Təəssüf ki, yaxşı oyunlar göstərsək də, uğurlu seriya yaxalaya bilməmişik".

Təcrübəli futbolçu növbəti turda qarşılaşacaqları "Karvan-Yevlax"la oyun barədə də danışıb. O, autsayderə qarşı matçın daha çətin keçəcəyini düşünür:

"Düşünürəm ki, "Karvan-Yevlax"la oyun bizim üçün "Qarabağ"a qarşı matçdan daha ağır olacaq. Onlar Premyer Liqada qalmaq uğrunda mübarizə aparırlar. Mövsümün sonuna az oyun qalıb və hər xal onlar üçün böyük əhəmiyyət daşıyır. Buna görə bizi çətin qarşılaşma gözləyir. Biz isə çalışacağıq ki, bu ağır məğlubiyyəti azarkeşlərimizə unutduraq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər