top
Con Toşak demensiya iddialarını təkzib etdi Idman.biz
27 mart 2026, 17:26
- ↺ +

Con Toşak demensiya iddialarını təkzib etdi

İspaniyanın "Real Madrid" və artıq fəaliyyət göstərməyən Azərbaycan futbol klubu "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Toşak demensiyadan əziyyət çəkməsi ilə bağlı məlumatları təkzib edib.

İdman.Biz xəbər verir ki, daha əvvəl mütəxəssisin ilk nikahdan olan oğlu Kameron Toşak mediaya açıqlamasında atasının guya "demensiya ilə mübarizə apardığını" bildirib.

Lakin Toşakın həyat yoldaşı Mai Anqulo bu sözləri operativ şəkildə təkzib edib. O vurğulayıb ki, Kemeron iki ildir atasını görmür və onunla yalnız telefon vasitəsilə əlaqə saxlayır. Onun sözlərinə görə, səhhətdə yaranan problemlər demensiya ilə deyil, keçirdiyi COVID-19-un fəsadları ilə bağlıdır.

Con Toşak özü də məsələyə aydınlıq gətirmək qərarına gəlib. O, "El Mundo" nəşrinin jurnalistini Kataloniyanın Besalu şəhərində yerləşən evinə dəvət edərək vəziyyəti yumorla şərh edib:

"Demensiya? Hələ ki, yox! Vura bilmədiyim bütün qolları unutmuşam, amma vurduqlarımı çox yaxşı xatırlayıram".

Qeyd edək ki, Toşak məşqçi karyerası ərzində 1999-cu ildə "Real Madrid"ə, 2013-cü ildə isə "Xəzər-Lənkəran"a rəhbərlik edib. Lənkəran klubu hazırda fəaliyyət göstərmir və 2016-cı ildə rəsmi şəkildə fəaliyyətini dayandırıb.

Bundan əlavə, Con Toşak 2005–2010-cu illərdə Uels millisinin baş məşqçisi olub. Bu müddətdə onun komandası Azərbaycan yığması ilə üç dəfə qarşılaşıb – DÇ-2006-nın seçmə mərhələsində uelslilər 2:0 hesabı ilə qalib gəlib, DÇ-2010-un seçmə oyunlarında isə iki dəfə 1:0 hesabı ilə üstün olublar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
Dünən, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
Dünən, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
Dünən, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
Dünən, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
Dünən, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Dünən, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər