"Everton"un cinah oyunçusu İlimane Ndiaye karyerasını "Çelsi"də davam etdirə bilər.
İdman.Biz-in jurnalist Saymon Filipsə istinadən verdiyi məlumata görə, London klubu 26 yaşlı seneqallı futbolçu ilə maraqlanır.
Mənbənin məlumatına görə, "Çelsi" artıq yay mövsümü ərzində oyunçunun mümkün transferi ilə bağlı sorğu təqdim edib.
Ndiaye 2024-cü ildən bəri "Everton"da oynayır. O, İngiltərə klubuna Fransanın "Marsel" klubundan 18 milyon avroya keçib.
2025/26 mövsümündə seneqallı futbolçu bütün turnirlərdə 34 oyun keçirib, altı qol vurub və üç məhsuldar ötürmə edib.
Ndiayenin "Everton"la hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 55 milyon avrodur.