"Barselona" futbol klubunun müdafiəçisi Pau Kubarsi zədəsini sağaltsa da özünü baş məşqçi Hans-Diter Flik ehtiyatlı davranmağa üstünlük verir.
İdman.Biz xəbər verir ki, əzələlərində yüklənmə olan ispaniyalı futbolçu ya bazar günü "Vilyarreal"la La Liqa matçında, ya da UEFA Çempionlar Liqasının "Sabah"a qarşı oyununda meydana çıxmaya bilər.
Komandanın digər müdafiəçisi Jül Kunde isə artıq topuq nahiyəsindəki narahatlıqdan qurtulub. Onun cümə axşamı kollektiv məşqlərə qoşulacağı gözlənilir.
Fransalı futbolçu məşqdə özünü yaxşı hiss edərsə, bazar günü "Vilyarreal"la qarşılaşmada komandasına kömək edə bilər.
Məlumat üçün əlavə edək ki, "Sabah" - "Barselona" oyunu 25 noyabr 2026-cı il, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.